letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de don marleone (original soundtrack) - okaber

Loading...

[bənd]
buranın havası mənfilərdə, barmaq tətikdədir
düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir
nə ümidlərim vardı? hədəfə qoyub güllələyirəm
boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm

sanki nədən yorğunluq, bəlkə bədən yorğun
əsl hakimin gələcəyi məhkəmədən qorxun
aciz olan insanlar, bir də cümlələrdir
ətraf mafiya, çirkab, çirkin zümrələrdir
məclisdə “xaç atası”, hər kəs ayağa qalxsın!
eşidirsiz?! deyirəm ki, mərkəz ayağa qalxsın!
yerinə oturub danışma heçnə bacarmadan
azadlıqdan, həbsdən və bir də kazarmadan

səsiniz gəlir… biz haqqın yolçuları
biz susmayan karabin! – tülkü, çaqqal ovçuları
kimin ki, borcu qalıb torpağımızı qorumağa
biz əlindən tutarıq, qoymarıq yorulmağa

[nəqərat]
ömrü deyə bilmərəm, ölümün baharıdır bu
sanki şeytanın bizə hazırladığı naharıdır bu
və halını soruşsan bu mahnının…
dinlədiyin ucuz sətirlər deyil! bahalıdır bu!

ömrü deyə bilmərəm, ölümün baharıdır bu
sanki şeytanın bizə hazırladığı naharıdır bu
və halını soruşsan bu kinonun…
izlədiyin ucuz filmlər deyil! bahalıdır bu!

ömrü deyə bilmərəm, ölümün baharıdır bu
sanki şeytanın bizə hazırladığı naharıdır bu
və halını soruşsan bu mahnının…
dinlədiyin ucuz mahnı deyil! nə bilim ala!?

letras aleatórias

MAIS ACESSADOS

Loading...