letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de bəlkə də nə vaxtsa - noton ft. nigar xəlil

Loading...

[verse 1: noton]

(bəlkə də nə vaxtsa)

qəlbimiz axmağın birini seçər
boş ver, olanları unudub keçək
yuxuda sayıqlayım, bitməsin gecə
vodka’nı göz yaşıyla qarışdırıb içək
ölürük, bu deyil ki dəlilik
anladım ki, ikimiz də dəliyik
bir aralar dünyam olmuşdun
sevgimiz buzdur amma dünyamız əriyir
ətrini ot kimi doldurub çəkirəm
(artıq çox gecdir)
səmada ulduzlarla şəklini çəkirəm
(bəlkə də nə vaxtsa)
ayrılıq acıdır, onu bu gecə mən çəkirəm
qorxub da geriyə deyiləm mən çəkilən

[verse 2: noton]

heç kimi tanımaq istəmirəm
çünki qəlbimə girənlər qonaq olmasın
ürəyimdən güzgünü söküb atdım ki
bir də onu gəlib qıran olmasın
uduzan bu sevgidə bizim kimilərdir
sayımız həmişə artıb
bir zaman eləmərəm dediyimiz hər şeyi
baxırsan ki, dostum, eləmişik artıq
bakı kimi yorğun və dərd dolusan
(artıq çox gecdir)
şam kimi əriyib də məhv olursan
(bəlkə də nə vaxtsa)
getməliyəm artıq, məni yola sal
(çox utanırsan)
qəlbimə gedən bu gün hər yol sən

[verse 3: noton]

tək yatır, oyanır o səhər mənlə
sevgi şərab kimidir, çalış zəhərlənmə
sənə olan sevgimi bitirdim
mən səni yox, sən məni itirdin
keçirdik onunla xeyli yaxşı vaxt
sevgimi görmürsənsə, gözümə yaxşı bax
hahahaha görüşərik nə vaxtsa, özünə yaxşı bax
sevgimiz köhnəlib, götür onu təzələ
(artıq çox gecdir)
çatmırıq limana, gecikirik tez elə
(gəmi ordadır)
yanıb sönür bizim üçün mayak bütün gecələr
(bəlkə də nə vaxtsa)
içimdəki uşağı mən atmışam xəzər’ə
sərxoşam hər gün, hər gecə
(artıq çox gecdir)
bağlandım mən sənə necə?
boş ver hər şeyi, gəl içək
(bəlkə də nə vaxtsa)
yaralar zamanla keçər

[outro: nigar xəlil]

sərxoşam hər gün, hər gecə
bağlandım mən sənə necə?
boş ver hər şeyi, gəl içək
yaralar zamanla keçər (x4)

letras aleatórias

MAIS ACESSADOS

Loading...