letra de dünya sənin, dünya mənim - niyaməddin musayev
bir taleyin oyununda cütlənmiş zərik
yüz il qoşa atılsaq da qoşa düşmərik
bir zərrənin işığına milyonlar şərik
dünya sənin
dünya mənim
dünya heç kimin…
çevrəsindən çıxsa əgər sevda fırfıran
bir ümidin ətəyindən tutub da fırlan
eşidərsən: pıçıldayır yıxılan, duran
dünya sənin
dünya mənim
dünya heç kimin…
bu get-gəllər bazarına dəvədi dünya
bu ömür-gün naxışına həvədi dünya
əbədiyə qəh-qəh çəkər əbədi dünya
dünya sənin
dünya mənim
dünya heç kimin…
ayaq saxla, dövrənə bax ötəri belə
min illərdir araz belə, həkəri belə
axşamların, səhərlərin təkəri belə
dünya sənin
dünya mənim
dünya heç kimin…
gülünclərə gülünc gələn bu ada güldüm
yüyəninə hər əl yetən bu ata güldüm
mən özümlə oynadığım şahmata güldüm…
dünya sənin
dünya mənim
dünya heç kimin…
letras aleatórias
- fundo de quintal › letra de do fundo do nosso quintal - fundo de quintal
- amorok t flex › letra de fuckd up - amorok & t-flex
- enchantee julia › letra de éteins la lumière - enchantée julia
- reggie becton › letra de naturally - reggie becton
- fernandez 4 › letra de dane - fernández 4
- rick renner › letra de diga que ainda me ama - rick & renner
- tam tam go › letra de crimen pasional - tam tam go!
- bizarre › letra de geekin - bizarre
- sarah vaughan › letra de them there eyes - sarah vaughan
- eurielle › letra de as the skies cascade - eurielle