letra de sahilə gəl - nicat cəfərzadə
[bənd 1]
bu gecə nə qədər xoş gecədir
bir qara qız təki tel incədir
göy işıq, yer işıq
hər tərəf yaraşıq
sevgilim, yubanma, gəl
dayanma, sahilə gəl
göy işıq, yer işıq
hər tərəf yaraşıq
sevgilim, yubanma, gəl
dayanma, sahilə gəl
[nəqərat]
ulduzlar göylərə nur səpələr
bir böyük uşaqdır şən ləpələr
onların əlində top kimi ay
sevgilim, başında ağ kəlağay
sahilə gəl, sahilə gəl, sahilə gəl
seyr elə, gəl, sahilə gəl
[bənd 2]
gəl, ipək saçını mən oxşayım
səninlə bir anda mən yaşayım
zövqünü illərin
dolanıq tellərin
tökülsün üzümə
qulaq as sözümə
zövqünü illərin
dolanıq tellərin
tökülsün üzümə
qulaq as sözümə
[nəqərat]
ulduzlar göylərə nur səpələr
bir böyük uşaqdır şən ləpələr
onların əlində top kimi ay
sevgilim, başında ağ kəlağay
sahilə gəl, sahilə gəl, sahilə gəl
seyr elə, gəl, sahilə gəl
a-a-a-a-a, sahilə gəl
sahilə gəl, sahilə gəl…
letras aleatórias
- chasyn christian 3lue › letra de better days - chasyn, christian 3lue
- andromedik › letra de forever - andromedik
- fire octagon › letra de so much dyminds - fire octagon
- pine barons › letra de the adult - pine barons
- миша азерон misha azeron › letra de game - миша азерон (misha azeron)
- noblesse oblige › letra de daddy (don't touch me there) - noblesse oblige
- steven wright › letra de little baby prostitute - steven wright
- luana sandoval › letra de without you - luana sandoval
- tunes of despair › letra de gates to the slumbering depths - tunes of despair
- pisse › letra de rummelsburger bucht - pisse