letra de sevirəm səni - nadir qafarzadə
[bənd 1]
gözlərim əbədi gözünə həsrət
qulağım bir şirin sözünə həsrət
özüm bu dünyanın özünə həsrət
nə yaxşı sən varsan, sevirəm səni!
bilmirəm, gözlərin necədir sənin
saçların bir zülmət gecədir sənin
bilmirəm yaşını neçədir sənin
nə yaxşı sən varsan, sevirəm səni!
[nəqərat]
dünya dağılmaz ki sən mənim olsan!
gəlib ürəyimi, könlümü alsan
dünya dağılmaz ki sən mənim olsan!
gəlib ürəyimi, könlümü alsan
bəlkə bir xəyalsan, şirin röyasan?
bəlkə bir xəyalsan, şirin röyasan?
nə yaxşı sən varsan, sevirəm səni!
nə yaxşı sən varsan, sevirəm səni!
[bənd 2]
sən haradan gəlirsən, yolun haradır?
bəlkə də ürəyin, qəlbin yaradır?
bəlkə də taleyintək saçın qaradır?
nə yaxşı sən varsan, sevirəm səni!
sənə olan sevgim könül səsimdir
bir xəzan çağında dağ həvəsimdir
bilirəm, sən varsan, mənim bəsimdir
nə yaxşı sən varsan, sevirəm səni!
[nəqərat]
dünya dağılmaz ki sən mənim olsan!
gəlib ürəyimi, könlümü alsan
dünya dağılmaz ki sən mənim olsan!
gəlib ürəyimi, könlümü alsan
bəlkə bir xəyalsan, şirin röyasan?
bəlkə bir xəyalsan, şirin röyasan?
nə yaxşı sən varsan, sevirəm səni!
nə yaxşı sən varsan, sevirəm səni!
nə yaxşı sən varsan, sevirəm səni!
nə yaxşı sən varsan, sevirəm səni!
letras aleatórias
- ruffian rugged › letra de scarecrow - ruffian rugged
- annapantsu › letra de i want to live - annapantsu
- hotelo › letra de tem gente que não sabe o que é samba - hotelo
- the reivers › letra de cowboys - the reivers
- tiziana rivale › letra de e per te io canto - tiziana rivale
- galaactic › letra de i need you - galaactic
- mlody pieczoslaw › letra de na szczycie - młody pieczosław
- jessamine barham › letra de lock and key - jessamine barham
- айноу iknow › letra de setting - айноу (iknow)
- dani litani דני ליטני › letra de mashber emun - משבר אמון - dani litani - דני ליטני