letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de məni candan usandırdı (füzuli kantatası) - nadir qafarzadə

Loading...

[bənd 1]
məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı?
fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
muradım şəmi yanmazmı?

(fələklər yandı ahimdən, muradım şəmi yanmaz
şəmi yanmazmı?)

[bənd 2]
qəmu bimarinə canan dəvayi-dərd edər ehsan
neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

qəmim pünhan tutardım mən
(qəmim pünhan tutardım mən)
dedilər yarə qıl rövşən
desəm, ol bivəfa bil mən, inanarmı, inanmazmı?
inanarmı, inanmazmı?

[bənd 3]
(şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?)

oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

[bənd 4]
güli-rüsxarinə qarşı gözümdən qanlı axar, qanlı axar su
həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
axar sular bulanmazmı?
(həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
axar sular bulanmazmı?)

[bənd 5]
degildim mən sənə mail, sən etdin əqlimi zail
mənə tən eyləyən qafil səni görcək utanmazmı?

füzuli rindü şeydadır
(füzuli rindü şeydadır)
həmişə xəlqə rüsvadır
sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
bu sevdadan usanmazmı?

(sorun kim, bu nə sevdadır, nə sevdadır)
bu sevdadan usanmazmı?

letras aleatórias

MAIS ACESSADOS

Loading...