letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mən sənin yanına qışda gəlirdim - nadir qafarzadə

Loading...

[bənd 1]
mən sənin yanına qışda gəlirdim
çiçək axtarırdım, gəzdim hər yanı
hər tərəf bəyaz qar, gül-çiçək hanı?
tapıb bir dibçəkdən axır ki, dərdim
tapıb bir dibçəkdən axır ki, dərdim

[nəqarət]
sonra söylədim ki, baharda sənə
bir dəstə bağlaram yaz güllərindən
budur, yola salıb qarlı qışı mən
sənin görüşünə gəlmişəm yenə
gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
[bənd 2]
dəstə bağlamadım, nəyə gərəkdir?
bax, budur, nərgizlə doludur ləklər
lalənin ətrini yayır küləklər
yasəmən, qızılgül ləçək-ləçəkdir
yasəmən, qızılgül ləçək-ləçəkdir

[nəqarət]
əzizim, onları qoparmaq olmaz
güllərə çöldə bax, dağ döşündə bax
onlardan mən soraq gətirdim, ancaq
bir əlimdə bahar, bir əlimdə yaz
bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz

sonra söylədim ki, baharda sənə
bir dəstə bağlaram yaz güllərindən
budur, yola salıb qarlı qışı mən
sənin görüşünə gəlmişəm yenə

gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə

letras aleatórias

MAIS ACESSADOS

Loading...