letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de bilən yoxdur - nadir qafarzadə

Loading...

[bənd 1]
bu qatarın adı yoxmuş, sən demə
heç bilmirəm, mənzil başı haradır?
küləkləri mən geymişəm əynimə
saçlarımı səhər yeli daradı

heyrət etdim, dünyanın çox köçünə
hər gün düşdüm min qovağın içinə
sənin yolun sakitliyin içinə
ah, mənim yolum tufanadır, qaradır
[nəqərat]
bu yaşımda hər dinən saz saz deyil
hər qış qışmı? hər bahar da yaz deyil
mənə xoşbəxt deyənlər də az deyil
bilən yoxdur, ah, bilən yoxdur
bağrım başı yaradır
bilən yoxdur, bilən yoxdur
bağrım başı yaradır

[bənd 2]
inadının yollarından yavaş-yavaş
nəyə lazım bu vuruşlar, bu savaş?
sənin qəlbin əzəl başdan qara daş
mənim qəlbim elə para-paradır

hidayətsiz ömür yoxsa, min yaşa
gəl qarğıma o illərə, bu yaşa
sənə tərəf yüz yol gəlir birbaşa
neyləyim ki, mənim baxtım qaradır?

[nəqərat]
bu yaşımda hər dinən saz saz deyil
hər qış qışmı? hər bahar da yaz deyil
mənə xoşbəxt deyənlər də az deyil
bilən yoxdur, ah, bilən yoxdur
bağrım başı yaradır
ah, bu yaşımda hər dinən saz saz deyil
hər qış qışmı? hər bahar da yaz deyil
mənə xoşbəxt deyənlər də az deyil
bilən yoxdur, bilən yoxdur
bağrım başı yaradır
bilən yoxdur, bilən yoxdur
bağrım başı yaradır
bağrım yaradır…

letras aleatórias

MAIS ACESSADOS

Loading...