letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mən azərbaycanlıyam - muhammad allahverdiev

Loading...

[bənd 1]
öyünürdü öz xalqının adıyla
öyünürdü bu xalqın böyük istedadıyla
onun üçün dünyada ən böyük şərəf idi
azərbaycanlı olmaq, azərbaycanlı olmaq
azərbaycanlı olmaq…

[bənd 2]
hər dəfə ucalırdı göyün yeddi qatına
xalqın adını çəkib azərbaycan deyəndə
azərbaycan eşqinə, vətənə can deyəndə
bilirdi bu torpağın, bilirdi bu vətənin
nələr keçib başından…

[bənd 3]
çox olsa da bu xalqı böldürənlər
böldürə bilməyiblər milləti millət kimi
qalıb adı, ünvanı, qalıb yeri, nişanı
tarixlərə həkk olan böyük həqiqət kimi
böyük həqiqət kimi…

[bənd 4]
ona görə deyirdi qürurla, iftixarla
ən böyük bir vüqarla, ən böyük bir vüqarla
nağıllı, əfsanəli, şeirli, dastanlıyam
həmişə fəxr etmişəm, həmişə fəxr etmişəm
mən azərbaycanlıyam…
[çıxış]
mən azərbaycanlıyam…

letras aleatórias

MAIS ACESSADOS

Loading...