letra de millət necə tarac olur, olsun - mirzə babayev
[giriş]
millət necə tarac olur, olsun, nə işim var?
düşmənlərə möhtac olur, olsun, nə işim var?
millət necə tarac olur, olsun, nə işim var?
düşmənlərə möhtac olur, olsun, nə işim var?
[bənd 1]
qoy mən tox olum, özgələr ilə nədir karım?
dünyavü cahan ac olur olsun, nə işim var?
qoy mən tox olum, özgələr ilə nədir karım?
dünyavü cahan ac olur olsun, nə işim var?
[nəqərat]
səs salma, yatanlar ayılar, qoy hələ yatsın
yatmışları razı deyiləm kimsə oyatsın
yatmışları razı deyiləm kimsə oyatsın
tək-tək ayılan varsa da, həq dadına çatsın
mən salim olum, cümlə cahan batsa da, batsın
mən salim olum, cümlə cahan batsa da, batsın
[bənd 2]
övladi-vətən qoy hələ avarə dolansın
çirkabi-səfalətlə əli, başı bulansın
övladi-vətən qoy hələ avarə dolansın
çirkabi-səfalətlə əli, başı bulansın
dul övrət isə sailə olsun, oda yansın
dul övrət isə sailə olsun, oda yansın
ancaq mənim avazeyi-şənim ucalansın
ancaq mənim avazeyi-şənim ucalansın
[nəqərat]
səs salma, yatanlar ayılar, qoy hələ yatsın
yatmışları razı deyiləm kimsə oyatsın
yatmışları razı deyiləm kimsə oyatsın
tək-tək ayılan varsa da, həq dadına çatsın
mən salim olum, cümlə cahan batsa da, batsın
mən salim olum, cümlə cahan batsa da, batsın
[bənd 3]
hər millət edir səfheyi-dünyadə tərəqqi
eylər hərə bir mənzili məvadə tərəqqi
hər millət edir səfheyi-dünyadə tərəqqi
eylər hərə bir mənzili məvadə tərəqqi
yorğan-döşəyimdə düşə gər yadə tərəqqi
yorğan-döşəyimdə düşə gər yadə tərəqqi
biz də edərik aləmi-röyadə tərəqqi
biz də edərik aləmi-röyadə tərəqqi
[çıxış]
millət nесə tarac olur, olsun, nə işim var?
düşmənlərə möhtac olur, olsun, nə işim var?
millət necə tarac olur, olsun, nə işim var?
düşmənlərə möhtac olur, olsun, eh, nə işim var?
letras aleatórias
- vice music › letra de la bête - vice music
- aya zahavi feiglin איה זהבי פייגלין › letra de od me'at - עוד מעט - aya zahavi feiglin - איה זהבי פייגלין
- 한요한 han yo han › letra de all day - 한요한 (han yo han)
- encassator › letra de headshot - encassator
- tom macdonald › letra de just a man - tom macdonald
- 7evin7ins › letra de dowhatyouwant - 7evin7ins
- lord melobah › letra de mon enfant - lord melobah
- glazet › letra de money & sense - glazet
- roy bianco die abbrunzati boys › letra de in palermo - roy bianco & die abbrunzati boys
- асоер asoer › letra de цена (price) - асоер (asoer)