letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de kəpənək - mirzə babayev

Loading...

[bənd 1]
güllər üstə uçan, qaçan
bir qayğısız kəpənəkdin
çiçəklərin ürəyində
sən ən şirin bir diləkdin

güllər üstə uçan, qaçan
bir qayğısız kəpənəkdin
çiçəklərin ürəyində
sən ən şirin bir diləkdin

[nəqərat]
sorağını gül-çiçəkdən alınca mən
gördüm, yoxsan
qaçdım sənin dalınca mən, dalınca mən
gördüm, yoxsan

sorağını gül-çiçəkdən alınca mən
gördüm, yoxsan
qaçdım sənin dalınca mən, dalınca mən
gördüm, yoxsan

[bənd 2]
nəğmə deyir sizə güllər
yel əsdikcə narın-narın
hər çiçəkdən bir rəng alır
qızıl-qızıl qanadlarınız
nəğmə deyir sizə güllər
yel əsdikcə narın-narın
hər çiçəkdən bir rəng alır
qızıl-qızıl qanadlarınız

[nəqərat]
sorağınızı gül-çiçəkdən alınca mən
gördüm, yoxsuz
qaçdım sizin dalınızca mən, dalınızca mən
gördüm, yoxsuz

sorağınızı gül-çiçəkdən alınca mən
gördüm, yoxsuz
qaçdım sizin dalınızca mən, dalınızca mən
gördüm, yoxsuz

[bənd 3]
hansı gülü oxşadın sən
ləçəyində izin qaldı
səni tutdum, uçub getdin
əllərimdə tozun qaldı

hansı gülü oxşadın sən
ləçəyində izin qaldı
səni tutdum, uçub getdin
əllərimdə tozun qaldı
[nəqərat]
sorağını gül-çiçəkdən alınca mən
gördüm, yoxsan
qaçdım sənin dalınca mən, dalınca mən
gördüm, yoxsan

sorağını gül-çiçəkdən alınca mən
gördüm, yoxsan
qaçdım sənin dalınca mən, dalınca mən
gördüm, yoxsan

qaçdım sənin dalınca mən, dalınca mən
gördüm, yoxsan

gördüm, yoxsan
gördüm, yoxsan
gördüm, yoxsan…

letras aleatórias

MAIS ACESSADOS

Loading...