letra de təəssüf - miro [az]
[bənd 1]
eşqin şərabı badələrindədir
məni öldürəcək zəhər sənsən
gözdən uzaq bir yerdəyəm mən
tanıdığım ən yaxın şəhər sənsən
məndə boğulan qəhər sənsən
gecəmə gəlməyən səhər sənsən
uduzduğum tək döyüş eşqin
təəssüf, bu savaşda zəfər sənsən
[nəqərat]
silib atdın eşqi bir qələmdə heç düşünmədən
soyuq həsrətin niyə?
ürəyimdə həbs edimmi dərd olan bu sevgini
geri gəlməsin deyə?
yorulub ayaqlarım qaçarkən arxasınca mən
de, küsümmü sevgiyə?
kor edimmi gözlərim bu halda ayrılıqla bir
səni görməsin deyə?
[bənd 2]
sevmək yaxşıdır hər şeydən öncə
amma unudulanda hər şey pisdir
həyatın bu oyunları riskli
ömrüm keçəcək əsəbi, hirsli
hər kəsə bir imtahan, ancaq nəticə
nəticə də deyil axı bizlik
küçədən günəş kimi soyuqsan
içəridə -100° isti
məndən bura qədər, axı bezdim
boş ver, getsin, mənə bəsdir
mən də ilk dəfə yaşayıram ömrü
öncədən yoxdur heç bir təsvir
bir parça həyatımda dərzi
ölçdüm, biçdim, döndüm, kəsdim
gəlişinə tənliklə sübut çox
gedişin fizika qanununa tərsdir
[nəqərat]
silib atdın eşqi bir qələmdə heç düşünmədən
soyuq həsrətin niyə?
ürəyimdə həbs edimmi dərd olan bu sevgini
geri gəlməsin deyə?
yorulub ayaqlarım qaçarkən arxasınca mən
de, küsümmü sevgiyə?
kor edimmi gözlərim bu halda ayrılıqla bir
səni görməsin deyə?
letras aleatórias
- envy group › letra de i ain't going back! - envy* (group)
- jorja smith › letra de be honest - jorja smith
- jordymuzik › letra de legendary - jordymuzik
- sniff n the tears › letra de some people - sniff 'n' the tears
- lumpy and the dumpers › letra de spider bite - lumpy and the dumpers
- luxuryprincee › letra de pussy - luxuryprincee
- uc brigante › letra de idgaf - uc brigante
- atomizer › letra de upon the lamb of god they suckle no more - atomizer
- enkay47 › letra de one of those days - enkay47
- sarc the east face › letra de take one - sarc the east face