letra de şənbə - miri yusif
[giriş]
(ürəyimə giriş qəti qadağandır)
(ürəyimə giriş qəti qadağandır)
(ürəyimə giriş qəti qadağandır)
(ürəyimə giriş qəti qadağandır)
[bənd 1]
mən onun, mən onun qəlbinin şifrəsi
adım onun açar kəlməsi
ora girməz bir özgəsi
mən onun, mən onun “sevirəm” cümləsi
gözümdə “o mənim” ifadəsi
əlimdə ürək işarəsi
mən onun, mən onun sehrli bəstəsi
gündə bezdirən nəğməsi
sağ xəyalların müjdəsi
mən onun sağ və həm sola döngəsi
ilk günahı, son tövbəsi
qara bəxtin ağ kölgəsi
[nəqərat]
o mənim şənbəm
mən onun bazar ertəsi
mən onun bazar ertəsi
hər anın öz mənzərəsi
o mənim binam
mən onun son mərtəbəsi
mən onun son mərtəbəsi
gecə açıq pəncərəsi
(ürəyimə giriş qəti qadağandır)
[bənd 2]
mən onun, mən onun uca zirvəsi
həm sevinci həm qüssəsi
bəxtimə yazılan cəriməsi
mən onun, mən onun yerdə hər kəsi
ömrümüzün hər dəqiqəsi
sanki bir kino səhnəsi
mən onun, mən onun dəlisi, xəstəsi
eşq, məhəbbətin siftəsi
everest-in son nöqtəsi
mən onun, mən onun səhrada su əvəzi
o eşq dəryanın su pərisi
baxışı gözümün qibləsi
[nəqərat]
o mənim şənbəm
mən onun bazar ertəsi
mən onun bazar ertəsi
hər anın öz mənzərəsi
o mənim binam
mən onun son mərtəbəsi
mən onun son mərtəbəsi
gecə açıq pəncərəsi
(ürəyimə giriş qəti qadağandır)
[bənd 3]
sən bunu bilginən, bil bunu, bilginən, bil, bilməlisən
bu qaydalara baxmayaraq sən mənimsən
arada, arada, arada düşünməlisən
xoş gün yarada-yarada deyib-gülməlisən
səndən başqa, səndən başqa
ürəyimə giriş qəti qadağandır
səndən başqa, səndən başqa
ürəyimə giriş qəti qadağan
[nəqərat]
o mənim şənbəm
mən onun bazar ertəsi
mən onun bazar ertəsi
hər anın öz mənzərəsi
o mənim binam
mən onun son mərtəbəsi
mən onun son mərtəbəsi
gecə açıq pəncərəsi
o mənim şənbəm
mən onun bazar ertəsi
mən onun bazar ertəsi
hər anın öz mənzərəsi
o mənim binam
mən onun son mərtəbəsi
mən onun son mərtəbəsi
gecə açıq pəncərəsi
(ürəyimə giriş qəti qadağandır)
letras aleatórias
- croweman the ape › letra de declaration - croweman & the ape
- trefors › letra de always wanted - trefors
- locolab › letra de cafon street - locolab
- kiliseler ve liseler › letra de hayat - kiliseler ve liseler
- zru vogue › letra de pretty girl - zru vogue
- zar paulo › letra de højen - zar paulo
- slchld whoosh › letra de changes - slchld & whoosh
- 77 › letra de laz - 77
- moxie › letra de hard to be - moxie
- dedric › letra de needa stay wit yu - dedric