letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de 1001 siqaret öncə - miri yusif

Loading...

[bənd 1]
mən azərbaycanlı moskvada
təkcə cismən canlı adada
tıxaclar həyatda, heç nə qalmır yadda
mən azərbaycanlı moskvada

məcburi dostlarım ətrafda
evimdə də yarım canım da
gündüzlər piyada, gecələr xəyalda
mən azərbaycanlı moskvada

[bənd 2]
dəyişməz vicdanım qanımda
qocalmaz ağacım bağımda
düşmənim alnımda, qoruyan yanımda
mən azərbaycanlı moskvada

gəmiçiyəm boş okeanda
bələdçiyəm öz gen yolumda
qayalar hər yanda, batmasın bir anda
mən azərbaycanlı moskvada

[bənd 3]
harada qalıbdır qara göz sevgilərim
deyin kimlərə qalıbdır dağların və ellərin
nə vaxt olubdur keçdiyim həyəcanım
deyin, nə vaxt sönübdür kövrəlmiş, incə canım
min bir siqaret öncə
min bir gecələr öncə

[bənd 4]
əcaib insanlar fonunda
bu mahnının səsi ruhumda
yaxınlar uzaqda, əcnəbi qucağa
mən azərbaycanlı moskvada

əlvida, vətənim, əlvida
uşaqlıqdan sönüb o nida
əbədi yuxumda gələcəm axırda
mən azərbaycanlı xaricdə

letras aleatórias

MAIS ACESSADOS

Loading...