letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de əmanət - mc b.u.s

Loading...

[bənd 1]
nə qədər düşünmək istəməsəm də bunu
düşünürəm nə olacaq axırı?
nə olacaq axı? tanrım gecələr o tərəfə çağırır məni
amma ki, gedə bilmirəm, içimdə doludur sözüm, bitmir, hə

beyində o qədər sual var ki, daha nəyə görə yaşayıram özüm bilmirəm
problem dolur içimə, (ey!) çəkirəm tütün içimə
dünyada o qədər məsələ, elə bil hamısı yığılıb mənim içimə
gecələr yuxusuzluq, düşünmək səhərlər uzun-uzun
görəsən aparır haralara bizi kapitalizmin uçurumu?

küçədə ac qalan uşağa bax, çətin ki nəyisə bacaracaq
çətindi nəyisə bacarmaq, amma o əlbət ki, nəyisə bacaracaq
anası deyəndə “vəda et, oğlum”, öyrənəcək burda ədalət olmur
çalışacaq olmasın səfalət sonu, burda ədalətli vətəndaşın şəfaəti olmur

gəl bura bir az, qulağın eşitsin həqiqət bir az
məktəblər vermirlər təhsili, alırlar, bir az acıdır bu, qəribə bir az
eşidib bilirsən özünü yad, küçədə doludur gecə fəryad
görməmisən bunu bilmirsən, çünki səni atan çağırır ki, gəl evə yat

tez, rədd ol, get evə yat, məhlələr əmanət bizə onsuz
bir gün ölüb gedəcəyik, amma burda adımız qalacaq daim sonsuz

[nəqərat]
biz küçəyə əmanətik
küçələr əmanət bizə
küçəyə əmanətik
küçələr əmanət bizə
[bənd 2]
illərdir hər yerdə döyüşürük, amma qalib olmamışıq hələ də bax
müğənnilər indi narkobaron, amma bizim adımız qalıb narkoman
haqqına döyüşüm, həri, gətirin rəqibi döşüyüm, həri
qan içində qalsın beş gün əlim, (ha-ha) ona baxıb biz yenə də gülərik

önümdə nə qədər itib batanları görmüşəm, hələ də yola davam
tək çarə özünsən inan ki, heç bir vaxt kömək olmayacaq “seyid ağa”n
səhnədə nə qədər rəqibim ölüb, şeytanın üzünə baxıram gülüb
o belə qorxub qaçır məndən, “diss” ataram sonra alovu sönər

xırdalan öyrədir olmağı sərt, küçələr öyrədir qorxağa dərd
özün kimi yaşa qalxassan göylərə, burda qaldırmırlar zəifə əl

[nəqərat]
biz küçəyə əmanətik
küçələr əmanət bizə
biz küçəyə əmanətik
küçələr əmanət bizə (ey!)

[çıxış]
vacib olan, inan deyil qazanmaq
əsas olan savaşmaqdır, ey!
vacib olan, inan deyil qazanmaq
əsas olan savaşmaqdır, ey!
ey, ey, ey!

letras aleatórias

MAIS ACESSADOS

Loading...