letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de depressiya - liyamsi

Loading...

[bənd 1]
elə bil yaşamaq tək rolum
gedirik tək yolu
arzu və xəyallar
elədik məhv onu

bağladım qapımı
söndü telefonum
soruşsalar deyin “boğur kədər onu”
həyat zəhər dolu

sönür işıqlar, amma
gözüm işıldar, eh
qururam gələcəyi pillə-pillə
pay verdim vaxtı illərimlə

silirəm bir-bir
indi keçmişin kirini
ayırdım acısını, şirini
qazanıb birini, itirib minini

[nəqərat]
gözüm görməz səndən başqasını
asan ölmək məndən başlasın
yada qalmasın, yara almasın
gözdən axmasın, sözlər ağlasın
gözüm görməz səndən başqasını
asan ölmək məndən başlasın
yada qalmasın, yara almasın
gözdən axmasın, sözlər ağlasın

[bənd 2]
ağır depressiya neçə gecə
gəlir mesaj və zənglər neçə-neçə
sonuncu 3 ilim belə keçər
gedər heçə, gedər heçə

istəklər, arzular, eh
daha çox yorğunam
sözlər dilimdə buz tutar
içindəki kini qus, qurtar

gözlərini aç bax, yah
4 yanımız saxta, eh
yaralarıma duz basaram
bənzəyirəm daş hasara

beynimin içində azıram
elə bil dağılmış pazlam
hər şeyi silməyə hazıram
ölümə daha da yaxınam
[nəqərat]
gözüm görməz səndən başqasını
asan ölmək məndən başlasın
yada qalmasın, yara almasın
gözdən axmasın, sözlər ağlasın

gözüm görməz səndən başqasını
asan ölmək məndən başlasın
yada qalmasın, yara almasın
gözdən axmasın, sözlər ağlasın

letras aleatórias

MAIS ACESSADOS

Loading...