letra de məktəb illəri - lalə məmmədova
məktəb illəri lyrics
[bənd 1]
geyimimiz, hüququmuz bir idi
şagird idi hamımızın adı da
elə bil ki, boyumuz da eyniydi
aman allah, nə xoşbəxtdik biz onda!
bir müəllim töhmətiydi dərdimiz
bir töhmətdən için-için yanırdıq
hələ onda bilmirdik ki, bunu biz
bir gün necə həsrət ilə anarıq…
dünya hələ bizim üçün nağıldı
min arzuyla alışırdıq, yanırdıq
özümüzü biz hamıdan ağıllı
özümüzü nə bəxtəvər sanırdıq
[nəqərat]
məktəb illəri
ömrümün ən şirin, duyğulu, qayğısız günləri
hər anı bir ömrə bərabər, sehirli günləri
ən təmiz arzulu günləri
məktəb illəri
ömrümün ən şirin, duyğulu, qayğısız günləri
hər anı bir ömrə bərabər, sehirli günləri
ən təmiz arzulu günləri
[bənd 2]
hələ onda bu dünyanın şərindən
yalanından xəbərimiz yox idi
qəm-qüssəmiz, kədərimiz bir damcı
hələ onda sevincimiz çox idi
yazılanı bir silgi ilə pоzmaq da
bizim üçün nə asandı, nə asan
xəbərsizdik ömrümüzə biz hələ
tale yazan pozulmayan yazıdan
dünya hələ bizim üçün nağıldı
min arzuyla alışırdıq, yanırdıq
özümüzü biz hamıdan ağıllı
özümüzü nə bəxtəvər sanırdıq
[nəqərat]
məktəb illəri
ömrümün ən şirin, duyğulu, qayğısız günləri
hər anı bir ömrə bərabər, sehirli günləri
ən təmiz arzulu günləri
məktəb illəri
ömrümün ən şirin, duyğulu, qayğısız günləri
hər anı bir ömrə bərabər, sehirli günləri
ən təmiz arzulu günləri
məktəb illəri
ömrümün ən şirin, duyğulu, qayğısız günləri
hər anı bir ömrə bərabər, sehirli günləri
ən təmiz arzulu günləri
məktəb illəri
ömrümün ən şirin, duyğulu, qayğısız günləri
hər anı bir ömrə bərabər, sehirli günləri
ən təmiz arzulu günləri
ən təmiz arzulu günləri
ən təmiz arzulu günləri
letras aleatórias
- assalti frontali › letra de h.15 corteo - assalti frontali
- stormdee › letra de party - stormdee
- money man › letra de no time - money man
- jay days › letra de red eyed joker part 1 - jay days
- pluralone › letra de menina mulher da pele preta - pluralone
- lil robbie › letra de chop! - lil robbie
- inkcudi › letra de str8 lick - inkcudi
- monty python › letra de australian table wine - monty python
- juaninacka › letra de yo y mi dj (bonus track) - juaninacka
- metrickz › letra de ich bin fame - metrickz