letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de bilmədim - lalə məmmədova

Loading...

bilmədim lyrics
[bənd 1]
bir yelkənəm qəm gölündə batmışam
qova-qova kədərimə çatmışam
bəxtim yatıb, yoxsa özüm yatmışam?
bu fəsil də necə keçdi, bilmədim

aylarımı, illərimi itirdim
öz əlimlə payızımı gətirdim
səadətin qatarını ötürdüm
bu fəsil də necə keçdi, bilmədim

[nəqərat]
səhərimin, axşamımın fərqi yox
bu fələyin geri dönən çərxi yox…
görən deyir: “bəxtəvərin dərdi yox”
bu fəsil də necə keçdi, bilmədim

[bənd 2]
bir gülünü, çiçəyini dərmədim
necə gəldi, necə getdi bilmədim
laləsini, nərgizini hörmədim
bu fəsil də necə keçdi, bilmədim

[nəqərat]
səhərimin, axşamımın fərqi yox
bu fələyin geri dönən çərxi yox…
görən deyir: “bəxtəvərin dərdi yox”
bu fəsil də necə keçdi, bilmədim
bilmədim, bilmədim…

letras aleatórias

MAIS ACESSADOS

Loading...