letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sevilən rəqslər - kamil qədimzadə

Loading...

[bənd 1]
gəzib dolanmışıq elini, cahanı
lənkəranı, naxçıvanı, şirvanı
oradan bir dənə sən çal ginən ‘’mehmanı’’
oradan bir dənə sən çal ginən ‘’mehmanı’’

[nəqərat]
eşq oduna yananlar oynasınlar
‘’mehmanı’’ çal, qonaqlar oynasınlar
qoy bu günə gələnlər oynasınlar

[bənd 2]
sən də bir az xəyallara dal ginən
musiqini duyub orada qal ginən
oradan bir dənə ‘’yanıq kərəmi’’ çal ginən
yana-yana bir ‘’yanıq kərəmi’’ çal ginən

[nəqərat]
‘’kərəmi’’ çal qonaqlar oynasınlar
qoy bu günə gələnlər oynasınlar
qoy bu rəqsi sevənlər oynasınlar

[bənd 3]
xoş bir gündür, heç kim düşməsin qəmə
çayçı qardaş, sən çayını qoy dəmə
oradan bir dənə sən çal ginən ‘’tərəkəmə’’
oradan bir dənə sən çal ginən ‘’tərəkəmə’’
[nəqərat]
‘’tərəkəməni’’ sevənlər oynasınlar
qoy bu günə gələnlər oynasınlar
qoy bu rəqsi sevənlər oynasınlar

[bənd 4]
saz havasıyla da hünər göstərək
kim nəyə qadirdir, bilinsin gərək
ona görə ‘’ruhaniyə’’ biz yer verək
‘’ruhani döndərməsinə’’ yer verək

[nəqərat]
eşq oduna yananlar oynasınlar
qoy bu rəqsi sevənlər oynasınlar
‘’ruhani döndərməsi’’ oynasınlar
bizim rəqsi sevənlər oynasınlar

[bənd 5]
qoy bu günün hər yana yetsin səsi
rəqsə durun, dəvət edin hər kəsi
ey, indi əsl yerinə düşər ‘’tiflisi’’
indi əsl yerinə düşər ‘’tiflisi’’

[nəqərat]
qoy bu günə gələnlər oynasınlar
‘’tiflisi’’ çal, qonaqlar oynasınlar
bizim rəqsi sevənlər oynasınlar
qoy bu günə gələnlər oynasınlar
[bənd 6]
bizim bakıyla döyünür qəlbimiz
xəzər də göz yaşlarıdır tərtəmiz
‘’köhnə bakıyla’’ davam edirik biz
‘’köhnə bakıyla’’ davam edirik biz

[nəqərat]
qoy bu rəqsi cavanlar oynasınlar
oynamaq istəyənlər oynasınlar
‘’şıdırğı’’ oynayanlar oynasınlar

[bənd 7]
deyib-güldük, əhvalımız düzəldi
bizim işimiz musiqidir, sənətdir
milli rəqslərin hamısı gözəldir
milli rəqslərin hamısı gözəldir

[nəqərat]
gözəlliyi görənlər oynasınlar
eşq oduna yananlar oynasınlar
bizim rəqsi sevənlər oynasınlar
qoy bu günə gələnlər oynasınlar
‘’şıdırğı’’ oynayanlar oynasınlar
qoy bu rəqsi sevənlər oynasınlar

letras aleatórias

MAIS ACESSADOS

Loading...