letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de telefon söhbəti - jiva

Loading...

sən məndən uzaqsan, mən səndən uzaq
uzaqdır sevimli gözlərin mənə
yaxındır telefon sayəsində bax
ürəkdən saçılan sözlərin mənə

neyçün ruhlanmasın bu yeni şair
çapar gözləməyir canan əlindən
çılğın arzuları eşqinə dair
mərhəmət ummayır səba yelindən

məhəbbətin dərin, xəyalın dərin
nə çıxar sözlərə könlümü versəm?
əslinə varmaq üçün bu söhbətlərin
nə olar gözlərini telefonda görsəm?
məhəbbətin dərin, xəyalın dərin
nə çıxar sözlərə könlümü versəm?
əslinə varmaq üçün bu söhbətlərin
nə olar gözlərini telefonda görsəm?

məni inandırmaz yoxsa bu sözlər
az iş gəlməmişdir qərib başıma
istərəm ürəyin aynası gözlər
açıb həqiqəti qoysun qarşıma

neyçün ruhlanmasın bu yeni şair
çapar gözləməyir canan əlindən
çılğın arzuları eşqinə dair
mərhəmət ummayır səba yelindən

məhəbbətin dərin, xəyalın dərin
nə çıxar sözlərə könlümü versəm?
əslinə varmaq üçün bu söhbətlərin
nə olar gözlərini telefonda görsəm?

məhəbbətin dərin, xəyalın dərin
nə çıxar sözlərə könlümü versəm? (könlümü versəm)
əslinə varmaq üçün bu söhbətlərin (bu söhbətlərin)
nə olar gözlərini telefonda görsəm? (telefonda görsəm)

məhəbbətin dərin, xəyalın dərin (oh, məhəbbətin dərin)
nə çıxar sözlərə könlümü versəm? (bil könlümü versəm)
əslinə varmaq üçün bu söhbətlərin (bu söhbətlərin)
nə olar gözlərini telefonda görsəm? (telefonda görsəm)

letras aleatórias

MAIS ACESSADOS

Loading...