letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de de hardasan - iradə ibrahimova

Loading...

[bənd 1]
sən gedəndən şərik oldum kədərə
dərdlərimi bölə – bölə yaşadım
mən bilirdim ömrüm gedir boş yerə
mən bunları bilə – bilə, damla – damla, gilə – gilə yaşadım

sən gedəndən əsir oldum kədərə
dərdlərimi bölə – bölə yaşadım
mən bilirdim ömrüm gedir hədərə
mən bunları bilə – bilə, damla – damla, gilə – gilə yaşadım

[keçid]
yaşadım, bir bilsən necə?
yaşadım hər tənha gecə
saxlayıb qəlbimdə gizlicə
sənin mən sevgini yaşadım

yaşadım, bir bilsən necə?
yaşadım hər tənha gecə
saxlayıb qəlbimdə gizlicə
yaşadım, yaşadım, yaşadım

[nəqərat]
de hardasan?
yerini söylə mən gəlim
yarım qalan ümidlərim
səni deyə – deyə ağlar
de hardasan?
sevgimə çatmayır əlim
sənsiz yaşanan illərim
ümid yollarımı bağlar
de hardasan?

[bənd 2]
ürəyim səni çox sevdi, dinmədim
bu istəyin ağrısıyla yaşadım
göz yaşım qəlbimə axdı, dinmədim
bu yaşları gilə – gilə, damla – damla, silə – silə yaşadım

[keçid]
yaşadım, bir bilsən necə?
yaşadım hər tənha gecə
saxlayıb qəlbimdə gizlicə
sənin mən sevgini yaşadım

yaşadım, bir bilsən necə?
yaşadım hər tənha gecə
saxlayıb qəlbimdə gizlicə
yaşadım, yaşadım, yaşadım

[nəqərat]
de hardasan?
yerini söylə mən gəlim
yarım qalan ümidlərim
səni deyə – deyə ağlar
de hardasan?
sevgimə çatmayır əlim
sənsiz yaşanan illərim
ümid yollarımı bağlar
de hardasan?

de hardasan?
sevginə çatmayır əlim
sənsiz yaşanan illərim
ümid yollarımı bağlar
de hardasan?

letras aleatórias

MAIS ACESSADOS

Loading...