letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de yavaş-yavaş - ilqar muradov

Loading...

[bənd 1]
bu həsrətin, gəl evini
yıxıb gedək, yavaş-yavaş
gözümüzün qəm yaşını
sıxıb gedək yavaş-yavaş

nələr olur bu dünyada
axır mən də döndüm yada
bir dəfəlik canı oda
yaxıb gedək yavaş-yavaş
bir dəfəlik canı oda
yaxıb gedək yavaş-yavaş

bülbül susub, güllər solub
bulud kimi gözün dolub
göy üzündə şimşək olub
çaxıb gedək yavaş-yavaş
göy üzündə şimşək olub
çaxıb gedək yavaş-yavaş

[bənd 2]
günəş kimi yanar ürək
hər an səni anar ürək
tək səni dost sanmır ürək
dosta gedək yavaş-yavaş
biz yol verək sevənlərə
eşq şərbətin içənlərə
sevinc dolu, xoş günlərə
şükür edək yavaş-yavaş
sevinc dolu, xoş günlərə
şükür edək yavaş-yavaş

doymaq olmur bu ellərdən
qəm silinsin könüllərdən
həmişəlik bu şəhərdən
köçüb gedək yavaş-yavaş
həmişəlik bu şəhərdən
köçüb gedək yavaş-yavaş
[bənd 3]
dost qədrini bilin, dostlar
dostla birgə gülün, dostlar
hamılıqla gəlin, dostlar
ömür sürək yavaş-yavaş

ömür sürək səadətlə
eli sevək məhəbbətlə
dost əlini ləyaqətlə
sıxıb gedək yavaş-yavaş
dost əlini ləyaqətlə
sıxıb gedək yavaş-yavaş
unutmayaq dostu, yarı
bütün gözəl insanları
üzümüzü haqqa sarı
tutub gedək yavaş-yavaş
üzümüzü haqqa sarı
tutub gedək yavaş-yavaş
üzümüzü haqqa sarı
tutub gedək yavaş-yavaş

letras aleatórias

MAIS ACESSADOS

Loading...