letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de tənha royal - ilqar muradov

Loading...

susursan qısılıb bir küncə, səssiz
odu soyumayan xatirəm kimi
mən də kimsəsiz, sən də kimsəsiz
tənha həsrət qoxan xatirəm kimi
tənha həsrət qoxan xatirəm kimi

[keçid]
hanı o titrək əl? dindirə səni…
könlünün odunu soyuda bəlkə
bir qucaq dərdini, bir ovuc qəmi
həsrətin adını unuda bəlkə

[nəqərat]
səndə şəhərlərin qaynar nəfəsi
sönməz şöhrətlərin vida kəlməsi
böyük səhnələrin sevgi nəğməsi
yanar ürəklərin abidəsi var

səndə şəhərlərin qaynar nəfəsi
sönməz şöhrətlərin vida kəlməsi
böyük səhnələrin sevgi nəğməsi
səndə sahibinin xatirəsi var

[bənd 2]
dillərin, illərin tozu içində
sığınır sinənə neçə min soraq?
kökdən düşən neçə arzu içində
uyuyar ümidsiz, tənha bir röyal
uyuyar ümidsiz, tənha bir röyal
[keçid]
hanı o titrək əl? dindirə səni…
könlünün odunu soyuda bəlkə
bir qucaq dərdini, bir ovuc qəmi
həsrətin adını unuda bəlkə

[nəqərat]
səndə şəhərlərin qaynar nəfəsi
sönməz şöhrətlərin vida kəlməsi
böyük səhnələrin sevgi nəğməsi
yanar ürəklərin abidəsi var

səndə şəhərlərin qaynar nəfəsi
sönməz şöhrətlərin vida kəlməsi
böyük səhnələrin sevgi nəğməsi
yanar ürəklərin abidəsi var

bir də tənha qalan röyalın səsi
sönməz şöhrətlərin vida kəlməsi
böyük səhnələrin sevgi nəğməsi
səndə sahibinin xatirəsi var

letras aleatórias

MAIS ACESSADOS

Loading...