letra de ayrılıq - ilkin fuad
bənd 1]
yenə yada düşdü məhəbbət dolu
əvəzi olmayan o bal gecələr
hanı birləşdirən səni mənimlə
o sevgi ətirli vüsal gecələr?
[keçid]
hanı qərq olduğum öpüşlərinə?
hanı qarışdığım gülüşlərinə?
həsrətəm vüsallı görüşlərinə
olub mənim üçün xəyal gecələr
[nəqərat]
ağırdır ayrılıq, bilirəm özüm
daha ürəyimdə qalmayıb dözüm
sən gedən yollara dikilib gözüm
məni darıxdırır bu hal gecələr
ağırdır ayrılıq, bilirəm özüm
daha ürəyimdə qalmayıb dözüm
sən gedən yollara dikilib gözüm
məni darıxdırır bu hal gecələr
[bənd 2]
həyat nə sınağa çəkirmiş məni
yaşımın bu vaxtı sevgi tapmışam
səni tapan gündən gəncliyə döndüm
sanırdım, ay gülüm, mən qocalmışam
[keçid]
hanı qərq olduğum öpüşlərinə?
hanı qarışdığım gülüşlərinə?
həsrətəm vüsallı görüşlərinə
olub mənim üçün xəyal gecələr
[nəqərat]
ağırdır ayrılıq, bilirəm özüm
daha ürəyimdə qalmayıb dözüm
sən gedən yollara dikilib gözüm
məni darıxdırır bu hal gecələr
ağırdır ayrılıq, bilirəm özüm
daha ürəyimdə qalmayıb dözüm
sən gedən yollara dikilib gözüm
məni darıxdırır bu hal gecələr
o sevgi ətirli vüsal gecələr
olub mənim üçün xəyal gecələr
letras aleatórias
- tee grizzley › letra de no effort - tee grizzley
- mattybraps › letra de guaranteed - mattybraps
- ana isabel vasquez › letra de 80 años de fe - ana isabel vasquez
- bolena › letra de trampolín - bolena
- yaniss odua › letra de la maison ne fait plus crédit - yaniss odua
- jaywin › letra de same one - jaywin
- kodak black › letra de patty cake - kodak black
- residente › letra de una leyenda china - residente
- bitamina › letra de dom - bitamina
- san fermin › letra de cairo - san fermin