letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de soy - hüseyn dərya

Loading...

[intro]
axşamüstü qoy uzaqdan
havalansın, ey, xanın səsi
qarabağın şikəstəsi
ölürəm, ölürəm ey
ölürəm
ölürəm, ölürəm ey
ölürəm

[1. hook]
ey, bu azərbaycan rep səhnəsində
nələr oxunulmadı, nələr söylənilmədi?!
ya qarabağ, ya ölüm
zaman o zaman deyil
köhnə hamam, köhnə tas
və yaxud rep, meyxana və daha nələr
amma deyirlər ot öz kökü üstdə bitər
nədənsə bizim ot öz kökü üstdə bitmədi ki, bitmədi
yəni unuduldu kökümüz, yaddaşımız
axı hanı bizlərə yazılan muğam dünyası?
hanı bizlərin tarixin izi, hanı?
deyin, hanı?
hanı? (x4)

[1. verse]
hanı bu millətin kökü, irsi
deyin, görüm hanı millətin yaddaşı
hanı bu millətin yolunda şəhid gedənlərin -n-larının göz yaşı (hanı, hanı?!)
neçə-neçə qanlı tarixi yaşayan qarabağımızın şikəstəsi (hanı, hanı?!)
bəs bizim bu muğamın şahı sayılan hanı o xanın səsi? (hanı, hanı, hanı, hanı?!)
bu idimi keçmişimizə qiymətimiz?!
məgər bu idimi kökümüzə hörmətimiz?!
əcdadlarımızın qanla qoyduğu bizim üçün iz bumu?! (bumu?!)
nə cür yazacağıq gələcək gücün kitabın?
nə cür verəcəyik gələcək nəslə cavabı?
deyəcəyik yerin qaynar nəfəsindən qalan köz bumu?! (bumu?!)
-n-ların laylasından yaranıb muğam
yurdumun oduyla odlanıb muğam
kökümüzə can verib, canlanıb muğam
dillərdə solubdur niyə?! (niyə?!)
kökümüzə köklənib o əzanın səsi
unudulub artıq tar-kamanın səsi
dilimizdən düşdü segahın səsi
unudulubdur niyə?! (niyə?!)

[2. hook]
ey, oxu ey müşviqin tarı
sən də oxu
nə qədər ki, səni sevmir çoxu
amma nə qədər ki, ölməz səsin var
və səni anlamır çox insanlar
oxu gözəlim, oxu, oxu

[2. verse]
oxu, oxu, yansa da ürəyim
oxu, oxu, kor olsun bəbəyim
kor olsun ki, görmür keçmişini
fələk isə hey görür öz işini
dəyişir insan, dəyişir təbiət
dəyişir insana verilən qiymət
yaşadıqca insan, yaşadıqca bu dünya
söylə, söylə, söylə, dərya
deyirlər tarix olunur təkrar
yenə də gələr xan, üzeyir, cabbar
yenə də doğulacaq günəşi muğamın
aləmə od saçan atəşi muğamın
əlimizdə bayrağımız, dilimizdə unudulmaz segahımız
deyəcəyik hər zaman, hər zaman
yaşa, yaşa, azərbaycan
ölənə qədər olacaqsan mənim
anamın anasısan mənim ana vətənim
sən mənə verdin anamın laylasını
sən mənə bəxş etdin muğamın dünyasını
eşit, ey torpaq, nə qədər ki, sağam
nə qədər ki, borcluyam, nə qədər ki, varam
ağlayıram səninçün, güləcəm səninçün
yaşayıram səninçün, öləcəm səninçün

[3. hook]
nə qədər bu mahnılarla yanasan, alışasan, dərya?
ehhh. amma bu torpaq bir daha xanları, üzeyirləri yetişdirəcək
və ölməz muğam öz səsiylə bizi bir daha keçmişimizə qaytarar
bir daha (x4)

letras aleatórias

MAIS ACESSADOS

Loading...