letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de kef elə - hüseyn dərya

Loading...

[intro]
həəə… kimə baxırsan bir rəvayət deyir…deyirəm bəlkə bir rəvayət də mən deyim, amma mənim bu rəvayətim məhəbbətdən deyil, öz məhləmizdəndi, yani dogulduğum məhlədən, və məhlədə kimnən də soruşsan, hamı sənə bir sözü deyəcək, həri dinləyin:

[nəqarat] (x2)
kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar
kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

[1.verse]
doğulduğum məhlədə hamı bilir, sən də bil
bir tərəfi gül – çicək, bir tərəfi zir – zibil
bir tərəfi cənnət, bir tərəfi cəhənnəm
gəlib görənlər bilər, nə cürdü burda aləm

kimisi uçur balkonnan, güya fantomasdı
kim kimə mal satır, kim kimə mal atır (oooh)
kimisə, də qıznan gəzir, desinlər ki pazdı
kimisi ölür acınnan, acınnan hər gün yatır

kimisi gəzir şestsotda güya qaqaşdır qaqaş
girəndə məhəlləyə tez axıdır göz yaş
birisi gəzir nissan da adını qoyub gül toto
əlinə pul düşən kimi, gündə oynayır loto

çoxdu bizim məhlədə, çoxdu dava salanlar
çoxdu, çoxdu, çoxdu, çoxdu, çoxdu buna baxanlar
acınnan ölən, kef edən, fərqi yoxdu düzü
kimə baxsan məhlədə, hamı deyir bir sözü

ay can alan candı bizim məhlədə, (məhlədə)
gündə toy – nişandı bizim məhlədə, (məhlədə)
bir gün, acdıq olar, kef olar
o birisi gün nə acdıq, nə də ki kef olar

amma bizim məhlədə, sevir hər kəs hər kəsi
batdı o insan vallah, incitsə bir kəsi
hami deyir bir sözü, sözləri bir yerdədi:
“məhlə bizim məhlədir, qalan məhlə fəhlədir”

[nəqərat] (x2)
kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar
kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

[2.verse]

doğulduğum məhlədə hamı bilir, sən də bil
bir tərəfi gül – çicək, bir tərəfi zir – zibil
bir tərəfi cənnət, bir tərəfi cəhənnəm
gəlib görənlər bilər, nə cürdü burda aləm

girəndə məhəlləyə gözüm baxır hər yana (eyyy)
bu cür məhəlləmizdə, vallah, gəlmişəm cana
birisi düşür məhəlləyə, birisi çıxır eyvana
kimi görürsə qışqırır: “meyxanadır, meyxana!”

qonşumuz əhməd dayı, səhər gedəndə işə
girəndə məhəlləyə, tez düşür təşvişə
maşın yoxdu yerində, san ki olub möcüzə
bir gecənin içində getdi gedər gəlməzə

kimisi əlində araq, kimisi əlində çaxır
kimisi də yazığ – yazığ, oturub içənlərə baxır
kimisi taksi şoferi, kimisi satır qatıq
başqa yol yox artıq!

lənətə gəlsin bu zaman, lənətə gəlsin görüm!
nə var – nə var yoxdu pul,qacıb gedibdir gülüm
qacıb gedibdir canım, gedibdir canım mənim
pulum yoxdu, tərk edib, gedib ceyranım mənim

eybi yoxdur, getsə də, tapmaqa qızlar nə var?
yaxşı deyib o vaxtı, yaxşı deyib atalar:
“ay bala, acdıq olsa da…”
yenə də kef elə, kef elə!

[nəqarat] (x2)
kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar
kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

letras aleatórias

MAIS ACESSADOS

Loading...