letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de payız gəldi - hüseyn bakılı

Loading...

[verse 1]
gözlərim hər axşam axtarır səni
ürəyim yollardan qayıtmır evə
sənsiz dalğalar da tanımır məni
neyləyim ürəyim heç yatmır evə

[chorus]
payız gəldi, uçdu getdi quşlar
sən də getdin, bax yağdı yağışlar
payız gəldi, qərib oldu dəniz
bu dənizin gözü yaşlı sənsiz

[verse 2]
küçələr, döngələr izindən qalır
yarpaq pıçıltısı sənin səsindi
işıqlar zil qara gözündən qalır
bu şirin xatirə mənim bəsimdi

[chorus]
payız gəldi, uçdu getdi quşlar
sən də getdin, bax yağdı yağışlar.
payız gəldi, qərib oldu dəniz
bu dənizin gözü yaşlı sənsiz

[verse 3]
özümü aldadır hər axşam-səhər
elə bu havanı oxuyuram mən
vallah səndən ötrü çox darıxmışam
başqa nə gəlir ki axı əlimdən?
[chorus]
payız gəldi, uçdu getdi quşlar
sən də getdin, bax yağdı yağışlar
payız gəldi, qərib oldu dəniz
bu dənizin gözü yaşlı sənsiz

[verse 4]
dostlarım bilirlər nələr çəkirəm
hər axşam könlümü alırlar mənim
hər dəfə qapımı döyən zaman qəm
dostlarım həmdəmim olurlar mənim

[chorus]
payız gəldi, uçdu getdi quşlar
sən də getdin, bax yağdı yağışlar
payız gəldi, qərib oldu dəniz
bu dənizin gözü yaşlı sənsiz…

letras aleatórias

MAIS ACESSADOS

Loading...