letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de 11 illik roman - hort3ch

Loading...

verse 1
il 2005, məktəbin qarşısı, sentyabr vaxtları
yanımda olsalar da, gözüm ata-anamı axtarır
ilk həyat sınağı, hava soyuq deyil amma
həyəcandan əlim o qədər soyuq ki, elə bil çöldə şaxtadı
2-ci mərtəbə, sinif otağı, uşaqlarla qarşılaşdım
hər şeydən xəbərsizcə ortada qalıb çaşdım
gözümü qırpıb ətrafa baxdığım müddətdə
özümdən asılı olmadan müəllimə yaxınlaşdım
illər tez-tez keçir, dəyişirdi fəsillər
ilk gün bir-birinə yad olanlar indi bir süfrədə çörək kəsirlər
vaxtikən məktəbin bitməsini istəyən uşaqlara baxın
hə, indi məktəb bitdiyi üçün yanımda əsirlər
kiçik ikən sakit durardıq almamaq üçün töhməti
böyüməliyik deyirdilər, olmalıyıq igid və mətin
inanın deyil bu məktəb haqda yazdığım son mətn
çünki çox şeyi öyrəndim – sevgi,dostluq və hörməti

chorus (2x) :
tək deyiləm, bax, burada yanımdadır 11a
ayları sayırdıq, 4-3-2 və son bir ay
indi dəqiqələri sayırıq, birazdan son vida
hamımız birlikdə deyəcəyik sizlərə əlvida

verse 2
il 2016, qarşınızda, amma indi başqa sezon
xəbərsiz deyiləm,hə, hələ qarşımda var yol uzun
fəxr etdiyim bir məqamı nəzərinizə çatdırım
diqqət, mən bakı avropa liseyinin məzunu!
evdə yığılıb xatirə olur, inan, kitab-dəftər
atıb-yandırmaq fikrim yox, qalıblar rəfdə
göz qırpımında gəlib keçdi bu uzun 11 il
içimi göynədir son zəngdən sonrakı hər həftə
inanın, az olmayıb hətta bizdə çətin anlar
yanımızda olmayanlar olanları çətin anlar
bu liseydə həmçinin səmimiyyəti öyrənmişik
gördü məktəb başqa cürdür bu liseyi çətin sananlar
birlikdə bəlkə son gecəmiz, göz dolur yaman
irəlidə çox əziyyətlər gözləyir, hələ boldur zaman
son cümləyə çatırıq indi, 25-ci buraxılış
nəqarətlə bitəcək indi bu 11 illik roman!

chorus (2x) :
tək deyiləm, bax, burada yanımdadır 11a
ayları sayırdıq, 4-3-2 və son bir ay
indi dəqiqələri sayırıq, birazdan son vida
hamımız birlikdə deyəcəyik sizlərə əlvida

letras aleatórias

MAIS ACESSADOS

Loading...