letra de buza dönəcəm - h.o.s.t. alliance
[bənd 1: qaraqan]
bir gün buza dönəcəm
bir gün qaçacam ataraq keçmişə günəşi
bir gün səsə dönəcəm
hər qulağa qonaq gedəcəm, qalacam qonaq əbədi
mən oda dönəcəm
düşməni yandırıb, dostu şaxtada isidəcəm
mən bir gün pula dönəcəm
sevəcək hamı məni, olacaq hörmətim
mən bir gün körpüyə dönəcəm
birləşdirəcəm topa-topa ayrı düşən milləti
mən sona dönəcəm
əvvəlimi sonumda tapdım, yenə də sonum əvvəlim
şeytana dönəcəm
çıxacam üzə, məni görən inanacaq ki, allah da var
qışa dönəcəm, yaza dönəcəm
yaya dönəcəm, payız olacam
mən bir gün rüşvətə dönəcəm
biləcəm, kimin cibindən, kimin cibinə gedirəm
cənnətə dönəcəm
çoxlarının bu dünyada olacam tək ümidi
bayrağa dönəcəm
mən yerə düşməmiş təslim olmaz, hələ irəli
caynağa dönəcəm
qoy dəstə-dəstə canavarlar üstümə gəlsin
[nəqərat: promete]
mən hava olacam, oda dönəcəm
suya dönəcəm, sonda da qara torpaq
gün əriyəcək, gecə keçəcək
o da bitəcək, amma qalacam unudulmaz
mən hava olacam, oda dönəcəm
suya dönəcəm, sonda da qara torpaq
gün əriyəcək, gecə keçəcək
o da bitəcək, amma qalacam unudulmaz
[bənd 2: qaraqan]
mən tarixə dönəcəm
bircə səhifəm dəyişəcək bütün kitabın nəticəsin
orduya dönəcəm, bax mənə, bax bizə
gör, nə qədər gənc yanımıza gəlir
qalxana dönəcəm
hər döyüşdə düşmənlərimizi çıxarıb aradan
elxana dönəcəm
ancaq vəsiqədə, qalan hər yerdə mən olacam qaraqan
sevgiyə dönəcəm
yayı çəkib, oxu atacam, bir sevgi min ürəyə batacaq
ağrıya dönəcəm
neçə piyli qarın öz qızılının içində batacaq
qatilə dönəcəm
birinci öldürəcəm nəfsimi, sonra şeytanı
sahilə dönəcəm
uca dalğalarla mən sığallayacam ümmanımı
insana dönəcəm
insana dönməyim ən çətin iş olacaq deyəsən
üsyana dönəcəm
öz içimizi dəyişdirəcək bir üsyana dönəcəm
səyyaha dönəcəm
mən axtaracam dünyada ən təmiz ölkəni
çox yeri gəzəcəm, gəzib görəcəm
son, yenə azərbaycana dönəcəm
[nəqərat: promete]
mən hava olacam, oda dönəcəm
suya dönəcəm, sonda da qara torpaq
gün əriyəcək, gecə keçəcək
o da bitəcək, amma qalacam unudulmaz
mən hava olacam, oda dönəcəm
suya dönəcəm, sonda da qara torpaq
gün əriyəcək, gecə keçəcək
o da bitəcək, amma qalacam unudulmaz
letras aleatórias
- sahbabii › letra de switch - sahbabii
- криспи krispi › letra de плевать (spit) - криспи (krispi)
- nowmkill › letra de spirit breaker - nowmkill
- youngron › letra de giovane machiavelli - youngron
- princexotic › letra de denials & trials (feat. yxnas) - princexotic
- jona alk › letra de ferrari - jona alk
- emachichi › letra de jipe moyo - emachichi
- carter ace › letra de raining in la - carter ace
- im letting unseen forces take the wheel › letra de the second cumming of penis christ - i'm letting unseen forces take the wheel
- jerry garcia band › letra de it's a long long way (to the top of the world) - jerry garcia band