letra de dəlisiyəm gecənin (akustik) - günay ibrahimli
[bənd 1]
soyuq sabahın nədir günahı?
səbəb günəş, işıq, ya da nur deyil
mənim tamahım gecəyədir axı
bahar gəlsə belə, səhərə yox meyil
[keçid]
yağışın damlaları yuyub aparır günahları
gecənin ömrü uzun olsun, geciksin sabahları
hara gizlənsən də sən, taparam səni mən yenə
harada olsan, soruşub araram səni yenə də mən
[nəqərat]
dəlisiyəm gecənin
sakiniyəm mən artıq ürəyimə köçənin
silinməz o izləri bir an könlüm keçənin
aşiqiyəm mən artıq ürəyimə köçənin
sərhədi yox, o saf hisslərim sənin üçün, inan
[bənd 2]
soyuq sabahın nədir günahı?
səbəb günəş, işıq, ya da nur deyil
mənim tamahım gecəyədir axı
bahar gəlsə belə, səhərə yox meyil
[keçid]
yağışın damlaları yuyub aparır günahları
gecənin ömrü uzun olsun, geciksin sabahları
hara gizlənsən də sən, taparam səni mən yenə
harada olsan, soruşub araram səni yenə də mən
[nəqərat]
dəlisiyəm gecənin
sakiniyəm mən artıq bu sehrli küçənin
silinməz o izləri bir an könlüm keçənin
aşiqiyəm mən artıq ürəyimə köçənin
sərhədi yox, o saf hisslərim sənin üçün, inan
sənin üçün, inan…
letras aleatórias
- 7ordyn › letra de life goes on (none compare to you) - 7ordyn
- holly marilyn solem › letra de waiting room - holly marilyn solem
- bob clausen › letra de the caterpillar - bob clausen
- vera von monika › letra de 6pm meeting - vera von monika
- tadi tada › letra de "influencer" - tadi tada
- chelsea blues › letra de crown - chelsea blues
- beto guedes › letra de lumiar - beto guedes
- muze sikk › letra de no way out - muze sikk
- xperfect › letra de fucklove - xperfect
- dooglepoop › letra de fast food - dooglepoop