letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de unutma - gülüstan əliyeva

Loading...

[bənd 1]
mən onu sanırdım könlümün sultanı
o mənə bəxş etdi əzabı, hicranı
o mənə bəxş etdi əzabı, hicranı

çəkdiyim acılar qəlbimi dağladı
içimdə kamantək nakam eşq ağladı
içimdə kamantək nakam eşq ağladı

[keçid]
sanma bu əzabdan qorxaram, bezərəm
mən sənin yolunda hər zülmə dözərəm
ağrımı, acımı hamıdan gizlərəm
bir ömür tək sənin yolunu gözlərəm

qaranlıq gecələr bir ulduz danışır
bəlkə də bu sənsən, ürəyim alışır?
bəlkə də o sənsən, ürəyim alışır?
şirin söz, təsəlli könlümü ovutmur
ürəyim ilk eşqi unutmur, unutmur
ürəyim ilk eşqi unutmur, unutmur

sanma bu əzabdan qorxaram, bezərəm
mən sənin yolunda hər zülmə dözərəm
ağrımı, acımı hamıdan gizlərəm
bir ömür mən sənin yolunu gözlərəm
yollara baxmaqdan gözlərim yaşarır
hələ də könlümdə bir ümid yaşayır
hələ də könlümdə bir ümid yaşayır

[nəqərat]
unutma, unutma, nə olar unutma
səni candan əziz sevəni unutma
səni candan əziz sevəni unutma
unutma…

letras aleatórias

MAIS ACESSADOS

Loading...