letra de darıxmışam sənin üçün - flora kərimova
[bənd 1]
durnalarla uçub gəlim
ayrılıqdan keçib gəlim
birdəfəlik köçüb gəlim
darıxmışam sənin üçün
birdəfəlik köçüb gəlim
darıxmışam sənin üçün
[keçid]
sənsiz yaman kövrəlmişəm
həsrət nədir, mən bilmişəm
bir də gördün mən gəlmişəm
darıxmışam sənin üçün
bir də gördün mən gəlmişəm
darıxmışam sənin üçün
[nəqərat]
ay dolanır, il ötüşür
sənsiz könül oda düşür
sənli günlər yada düşür
darıxmışam sənin üçün
gəl səhərim, gəl gündüzüm
qayıt yenə, canım, gözüm
dönə – dönə deyim özüm
“darıxmışam sənin üçün”
[bənd 2]
sən gedəni gülməz oldum
sevinc nədir bilməz oldum
niyə belə gəlməz oldun?
darıxmışam sənin üçün
niyə belə gəlməz oldun?
darıxmışam sənin üçün
[keçid]
ürəyimə dərd qalanıb
gəl, ömrümü duman alıb
sənsiz gözüm yolda qalıb
darıxmışam sənin üçün
sənsiz gözüm yolda qalıb
darıxmışam sənin üçün
[nəqərat]
ay dolanır, il ötüşür
sənsiz könül oda düşür
sənli günlər yada düşür
darıxmışam sənin üçün
gəl səhərim, gəl gündüzüm
qayıt yenə, canım, gözüm
dönə – dönə deyim özüm
“darıxmışam, darıxmışam sənin üçün”
ay dolanır, il ötüşür
sənsiz könül oda düşür
sənli günlər yada düşür
darıxmışam sənin üçün
gəl səhərim, gəl gündüzüm
qayıt yenə, canım, gözüm
dönə – dönə deyim özüm
“darıxmışam sənin üçün”
letras aleatórias
- sp funk › letra de primeiros passos - sp funk
- minsk › letra de to the initiate - minsk
- resident anti hero › letra de cut the power - resident anti - hero
- panda da panda › letra de långsamt ner - panda da panda
- ptp polnocny torun projekt › letra de co mnie nie zabije - ptp (północny toruń projekt)
- rick astley › letra de together forever (lover's leap remix) - rick astley
- mortis › letra de renn - mortis
- kent harley ones › letra de dear mother - kent harley ones
- gugudan › letra de 구름 위로 (could this be love) - gugudan
- jamie lee › letra de wild one - jamie-lee