letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de yenə o bağ olaydı - eyyub yaqubov

Loading...

[bənd 1]
yenə o bağ olaydı
yenə yığışaraq siz
o bağa köçəydiniz…
biz də muradımızca
fələkdən kam alaydıq
sizə qonşu olaydıq
yenə o bağ olaydı

səni tez-tez görəydim
qələmə söz verəydim
hər gün bir yeni nəğmə
hər gün bir yeni ilham
yazaydım səhər-axşam

[nəqərat]
arzuya bax, sevgilim
tellərindən incəmi?
söylə ürəyincəmi?
yenə o bağ olaydı…
[bənd 2]
yenə o bağ olaydı
yenə sizə gələydik
danışaydıq, güləydik
ürkək baxışlarınla
ruhumu dindirəydin
məni sevindirəydin
yenə o bağ olaydı

yenə o qumlu sahil
sular ötəydi dil-dil
saçın kimi qıvrılan
dalğalara dalaydım
dalıb ilham alaydım

[nəqərat]
arzuya bax, sevgilim
tellərindən incəmi?
söylə ürəyincəmi?
yenə o bağ olaydı…

[keçid]
yenə o bağ olaydı
sevdalar ölkəsində
o söyüd kölgəsində
inci qumlar üstündə
yenə verib baş-başa
yayı vuraydıq başa
[nəqərat]
arzuya bax, sevgilim
tellərindən incəmi?
söylə ürəyincəmi?
hər gün bir yeni nəğmə
hər gün bir yeni ilham…
yazaydım səhər-axşam
yazaydım səhər-axşam
yenə o bağ olaydı..
yenə o bağ olaydı..

letras aleatórias

MAIS ACESSADOS

Loading...