letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de dəşti təsnifi - eyyub yaqubov

Loading...

[bənd 1]
sənin eşqin məni gətirdi dilə
sanki aşiq olub bülbül bir gülə
sənin eşqin məni gətirdi dilə
sanki aşiq olub bülbül bir gülə

səni sevdim, könül verdim
həsrət çəkdim mən (ay bala)
səni sevdim, həsrət çəkdim
könül verdim mən

sənintək gözələ, eşqimi təzələ
amma tez elə
bu ayrılığın ömrünü az elə

sənintək gözələ, eşqimi təzələ
amma tez elə
bu ayrılığın ömrünü az elə
[bənd 2]
əgər məndən ayrı gəzib, dolansan
məni öz eşqinə biganə sansan

əgər məndən ayrı
gəzib, dolansan
məni öz eşqinə
biganə sansan

od tutaram, alışaram
həm yanaram mən (ay bala)
od tutaram, alışaram
həm yanaram mən

[nəqərat]
unuda bilmərəm, sənsiz mən gülmərəm
özümə gəlmərəm
bu ayrılığa dözə bilmərəm

unuda bilmərəm, sənsiz mən gülmərəm
yaşaya bilmərəm
bu ayrılığa dözə bilmərəm

[qəzəl]
hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz
hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
sənin o cəlb eyləyən vəslinə and içdim inan
sənin o cəlb eyləyən vəslinə and içdim inan
hicrinə yandı canım, yox daha taqət sənsiz!

sən nizamidən əgər arxayın olsan da, gülüm
gecə-gündüz arayıb, olmadı rahət sənsiz!

[nəqərat]
unuda bilmərəm, sənsiz mən gülmərəm
özümə gəlmərəm
bu ayrılığa dözə bilmərəm

unuda bilmərəm, sənsiz mən gülmərəm
özümə gəlmərəm
bu ayrılığa dözə bilmərəm

letras aleatórias

MAIS ACESSADOS

Loading...