letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ilan - etimat

Loading...

[giriş]
sənə sevgidən olan…
sənə güvənməz heç kim…
sənin ucuz xəyanətin…
səni bağışlamam mən…

[bənd 1]
alır zaman, görən, niyə belədir?
mən bilmirəm nədir düz-səhv elədim
kimə güvəndim, həyatımı zəhər elədi
axı bilmədim o gecənin səhəri nədir?
mənə bax, sən nələr elədin?
mənə yaşamağı ölümdən betər elədin
indi bil, mən xəyalımızı qurum ürəkdən
sən onda kiminsə həvəsinə get
mən göy üzünə düşman
bir gün açılar sirləri qaranlığın
kimə güvənsin ürəyim
etibar etdiyim olanda qaranlığım?
mən düşdüyüm andan
yanında mən özüməm, ürəkdə dağ aldığım
mən unutmam heç nəyi
xəyanət olan bu sevgimi də qaldığım

[keçid]
silib atsam, gedərmi?
bilməm ölərmi, bitərmi dərdin izi?
peşman olsa, gələrmi?
birdən dönərmi
əgər ki, versəm izn?

mənə lazım deyil o
məni bitirən lazım deyil o
mən gördüyüm hər şey cavabdır
sənə görə aynası ikimizin fərqimizin

[nəqərat]
sənə sevgidən olan yazdığım hər şeyi atdım bir kənara
sənə güvənməz heç kim, ona görə yanında bir adam yoxdur daha
sənin ucuz xəyanətin, görürəm, bütün o həyatına oldu baha
səni bağışlamam mən, peşman olsan da, bu qapıya gəlmə daha

[bənd 2]
çətin anlardan keçirəm
qəm süzürəm, dərd içirəm
mən görmürəm heç nəyi
bağlıdır gözlər, gündüzlər gecəyəm
bu qədər olmaz mən etmədim, nəfsinə öldün sən
axı bilirəm, ölümün dalıyca qaçıram vaxtından tezə mən

bu mənə olmaz
yıxır insanı olanda olmazlar
bezirəm onda
doydu ürək saxta adamlardan

elə biri sən
mən dözərəm
bunu belə biləsən sən
mən unutmaram heç nəyi
səni mən düzdüm qəlbimə yaralardan

[nəqərat]
sənə sevgidən olan yazdığım hər şeyi atdım bir kənara
sənə güvənməz heç kim, ona görə yanında bir adam yoxdur daha
sənin ucuz xəyanətin, görürəm, bütün o həyatına oldu baha
səni bağışlamam mən, peşman olsan da, bu qapıya gəlmə daha
sənə sevgidən olan yazdığım hər şeyi atdım bir kənara
sənə güvənməz heç kim, ona görə yanında bir adam yoxdur daha
sənin ucuz xəyanətin, görürəm, bütün o həyatına oldu baha
səni bağışlamam mən, pеşman olsan da, bu qapıya gəlmə daha

letras aleatórias

MAIS ACESSADOS

Loading...