letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de gülüm - elvin nasir

Loading...

sözləri
gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm
tanrı bir başqa gözəllik yaradıb səndə gülüm..
mürği-dil boylanar hərdən qara xalın tərəfə
ac quşun bir gözü adətdi qalar dəndə, gülüm..

gül ki ey qönçə dodağlım ki,baxım mən də gülüm
ürəyim şad olsun,gözümdə nəm gülsün
sənin ol gülüşlərin,cəhənnəmdə sərin sudur
gülümsə bircə dəfə,əhli cəhənnəm gülsün

yanağda qəmzələrin,sərxoş edir aşiqini
mənə eşqin şərabın süz,bu qərib,dəm gülsün
eşqidir adəmi buğdayə tərəf sövq eləyən
gülümsə həvva üçün ki,baxıb adəm gülsün

mən ki,bir dünya yaratdım,içi insan doludur
istədim bəni adəm,bir dəfəlik,cəm gülsün
sən demə hər biri eşqinlə doğulmuş cahana
gül ki,ey qönçə dodağlım,bütün aləm gülsün

yazdığım misralar,dostum olub yoxluğunda
gül ki ey qönçə dodağlım,mənə həmdəm gülsün
neçə pərvanələr də qeybə çəkilmiş deyəsən
bir dəfə eylə təbəssüm,əriyən şəm gülsün
təbibin dərmanı bezmiş,sinəmdə yarəmdən
nə olar,bircə dəfə gül ki,bu məlhəm gülsün
bu dünya qaranlığdır,dərdlərimin kölgəsindən
gülümsə,bütün dünya,mənimlə bahəm gülsün

bir adam nə qədər içər,eşq şərabın,tək başına?
eşqimin sahibi,gül,əlimdə badəm gülsün
içimdə alovlarımdır,gözümdə yaş tək axır
gül ki ey qönçə dodağlım,bu yanar qəm gülsün

mənə ilhamı verən rəbbə şükürlər olsun
gül ki,ey qönçə dodağlım,belə mülhəm gülsün
yığışıb bütün duyğular eşqin matəminə
gülümsə,yas bitsin,qoy əhli-matəm gülsün

gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm
tanrı bir başqa gözəllik yaradıb səndə gülüm..
mürği-dil boylanar hərdən qara xalın tərəfə
ac quşun bir gözü adətdi qalar dəndə, gülüm
?

letras aleatórias

MAIS ACESSADOS

Loading...