letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de can ey şəhid - elvin nasir

Loading...

sözləri:
ilahi, bu qanun nə qəribədir..?
bir ölüm, min canı xilas eyləyər
vətəni uğrunda can verənlərə
yaradan cənnəti miras eyləyər

hər kəsə bəyandır bu ki, həmişə
şəhiddən cənnətin qoxusu gəlib
bu vətən nə gözəl lay-lay deyib ki
bu qədər igidin yuxusu gəlib…

candır şəhid, yaşayan candır şəhid!
torpağın üstündəki bircə damcı, qandır şəhid!
elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz
insanın alisidir, gör necə insandır şəhid?!

nə şərafətli əcəldir, nə ləyaqətli ölüm!
ki, vətən torpağı uğrundakı qurbandır, şəhid!
şəhidin yeri cənnətdir, buyurubdur yaradan
cənnəti axtaran hər bir kəsə ünvandır, şəhid!

düzdü, çox böyük dərddir bu dünyada qalanlara
çünki, səni unutmaq da bizlərə nöqsandır, şəhid…
arxanca ağlayanlar həm də, səninlə qürur duyur
sən baxma gözlərində yaşları leysandır, şəhid!
sənə borcludur bu torpağda qalan hər bir kəs
elə bil xəstələnmişik, bizə loğmandır şəhid!
məzarın üstə gedən yolda fədadır canımız
bizlər nə karəyik?! aləmə sultandır şəhid!

can ey şəhid! sənə qurban ey şəhid!
məzarın nur ilə dolsun, hər bir an, ey şəhid!
bu vətən torpağını sən öz qanınla suvarmısan
çünki xeyli çiçək yetişdirib həmin qan, ey şəhid!

düşmənin atdığı hər mərmi əgər zəhərdirsə
onu şərbət eliyəndir, belə dərmandır şəhid
bu millət ağlayacaq arxanızca hər daim
ki, bəlkə göz yaşımız yolunda ehsandır, şəhid!

və bütün dünya baxır görür şəhidlik arzumuz
oxunan fatihələr dünyaya üsyandır, şəhid!
sən ki, torpağ uğrunda öz canını sipər etdin
həmin ol torpağ indi üstünə yorğandır, şəhid!

candır şəhid! yaşayan candır şəhid!
torpağın üstündəki bircə damcı qandır, şəhid!
elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz
insanın alisidir, gör necə insandır şəhid…

nə etsək, nə desək, bilin ki, azdır
şəhadət eşqi ilə boğulanlara!
bu ömrü yaşamaq üçün borcluyuq
bir ölüb, min dəfə doğulanlara!
inanın kökündə siz dayanmısız
bu millət qələbə çalıbsa əgər
o haqqı bizlərə halal etməyin
gözünüz arxada qalıbsa əgər!

şərəfli şəhadət bir ağac olsa
siz həmin ağacda bir budağ olun
bədəni torpağa fəda etdiniz
bu vətən sağ olsun! siz də, sağ olun!

letras aleatórias

MAIS ACESSADOS

Loading...