letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de gecələr keçir - çinarə məlikzadə

Loading...

[bənd 1]
səhərə nə qalir ? ulduzlar sönür
səhərin yollari gecədən keçir
üfüqdə bir solğun şəfəq görünür
bu da bir qəribə gecədir, keçir

bir gecə səninlə çəkildik bağa
bağ yazıq nə desin sevən qonağa?
gördünmü ay necə baxır ocağa?
elə bil alovdan nur çəkir, keçir
[bənd 2]
gecələ bu iliq gecəni məndə
yada sal olanı, keçəni məndə
gecələ hər gecə gecəni məndə
deyirsən gedirəm, gecədir, gecdir

bir gecə səninlə çəkildik bağa
bağ yazıq nə desin sevən qonağa?
gördünmü ay necə baxır ocağa?
elə bil alovdan nur çəkir, keçir

[bənd 3]
bağa gəlim, gecələ gecəni məndə
gizlətmə olanı, keçəni məndən
səni ayrı salan gecəmi məndən?
onun nə günahı? gecədir, keçir

bir gecə səninlə çəkildik bağa
bağ yazıq nə desin sevən qonağa?
gördünmü ay necə baxır ocağa?
elə bil alovdan nur çəkir, keçir

letras aleatórias

MAIS ACESSADOS

Loading...