letra de eşq naləsi - çilənay
[bənd 1]
yar dediyim yenə düşdü yadıma
görən, günahım nə, məni öldürür?
məhəbbət də heç çatmadı dadıma
arzuya çatmayan canı öldürür
yar dediyim yenə düşdü yadıma
görən, günahım nə, məni öldürür?
məhəbbət də heç çatmadı dadıma
arzuya çatmayan canı öldürür, canı öldürür
[nəqərat]
günüm, ilim keçir ahu-zar ilə
bu yaram sızlayır bir qərar ilə
günüm, ilim keçir ahu-zar ilə
bu yaram sızlayır bir qərar ilə
eşq naləsin o vəfasız nə bilə?
eşqində sultanı, xanı öldürür
eşqində sultanı, xanı öldürür
[bənd 2]
göydə uçan quşlar qanad saxladı
yaş tökübən yaraları bağladı
yad rəhm etdi, vəfasız yar dağladı
çəkinməyir, biçarəni öldürür
göydə uçan quşlar qanad saxladı
yaş tökübən yaraları bağladı
yad rəhm etdi, vəfasız yar dağladı
çəkinməyir, biçarəni öldürür
məni öldürür
[nəqərat]
günüm, ilim keçir ahu-zar ilə
bu yaram sızlayır bir qərar ilə
günüm, ilim keçir ahu-zar ilə
bu yaram sızlayır bir qərar ilə
eşq naləsin o vəfasız nə bilə?
eşqində sultanı, xanı öldürür
eşqində sultanı, xanı öldürür
letras aleatórias
- sadboixx › letra de i don't wanna fall in love - sadboixx
- twellly › letra de canvas - twellly
- ravine › letra de charlotte - ravine
- erfan montazeri › letra de picture frame - erfan montazeri
- mike › letra de shine again* - mike
- kotonohouse › letra de all night long - kotonohouse
- 陳勢安 andrew tan › letra de love song - 陳勢安 (andrew tan)
- doni m › letra de introspection - doni m
- mellifluous › letra de 廻廻奇譚 (kaikai kitan) - mellifluous
- er1taga x d1proo › letra de вода (water) - er1taga x d1proo