letra de vicdan - chingiz
[bənd 1]
mərhəmət duyğusu səndə yoxdursa
tutduğun orucun nə mənası var?
süfrəndə yoxsula yerin yoxdursa
bir ay ac qalmağın nə mənası var?
tərəzin çəkidə əyri çəkirsə
dilin zəhər kimi qəlb incidirsə
əlin rüşvət alıb rüşvət verirsə
qıldığın namazın nə mənası var?
[nəqərat]
namaz da, oruc da asandır, qardaş
vicdanlı olmaqsa çətindir, qardaş
əsl insan olmaq lazımdır, qardaş
əməlsiz quranın nə mənası var?
namaz da, oruc da asandır, qardaş
vicdanlı olmaqsa çətindir, qardaş
əsl insan olmaq lazımdır, qardaş
əməlsiz quranın nə mənası var?
[bənd 2]
yalandan and içib alver edənlər
arvaddan xəbərsiz əyri gedənlər
haqsızdan pul alıb haqlı edənlər
o həccə getməyin nə mənası var?
haram pullarıyla evlər tikənlər
yetimin haqqını bölüb yeyənlər
şər atıb birini bədbəxt edənlər
öləndə yasinin nə mənası var?
[nəqərat]
namaz da, oruc da asandır, qardaş
vicdanlı olmaqsa çətindir, qardaş
əsl insan olmaq lazımdır, qardaş
əməlsiz quranın nə mənası var?
əməlsiz quranın nə mənası var?
əməlsiz quranın nə mənası var?
əməlsiz quranın nə mənası var?
əməlsiz quranın nə mənası var?
letras aleatórias
- cassiopeia adam hess › letra de masquerade - cassiopeia (adam hess)
- sandra pires › letra de igreja - sandra pires
- cynthia fion › letra de ritual - cynthia fión
- yuck foo › letra de when boys fall in love they just get dumb - yuck foo
- angelina lavo › letra de crazy - angelina lavo
- chlamydia queen › letra de no hope for the overrated fags - wbc - chlamydia queen
- frank pierce › letra de from you, for me - frank pierce
- lil wayne › letra de bing james - lil wayne
- thomas mraz › letra de black dwarf - thomas mraz
- phil cooper › letra de looking through the blindfold - phil cooper