letra de uşaqlar üçün - cabir imanov
[bənd 1]
bu dövran nə gözəl
ey dostum, sən də gəl
qoşul bizim dəstəyə
gəl verək əl-ələ
bu doğma vətənin
çıxaq sənlə seyrinə
[nəqərat]
göydə günəş yenə nur saçır
gələcəyə yol açır
uşaqlara gülmək yaraşır
arzular aşıb-daşır
[bənd 2]
çalışaq, durmayaq
dünyaya səs salaq
sevək ana torpağı
firavan yaşayaq
şən keçsin bu həyat
oxuyaq bu mahnını
[nəqərat]
göydə günəş yenə nur saçır
gələcəyə yol açır
uşaqlara gülmək yaraşır
arzular aşıb-daşır
[bənd 3]
tənbəllik etməyək
birlikdə iş görək
zirvələrə yüksələk
hərəmiz bir alim
bir həkim, müəllim
olmaq üçün tələsək
[nəqərat]
göydə günəş yenə nur saçır
gələcəyə yol açır
uşaqlara gülmək yaraşır
arzular aşıb-daşır
[bənd 4]
bu yerlər, bu səma
ən əziz, ən doğma
sevirik yurdumuzu
yox onun bənzəri
şəhərlər, kəndləri
açıb bizə qoynunu
[nəqərat]
göydə günəş yenə nur saçır
gələcəyə yol açır
uşaqlara gülmək yaraşır
arzular aşıb-daşır
[bənd 5]
ey ana torpağım
ilk andım, dayağım
dalğalansın bayrağın
şöhrətin dillərdə
fəxr edir səninlə
azərbaycan övladı
[nəqərat]
göydə günəş yenə nur saçır
gələcəyə yol açır
uşaqlara gülmək yaraşır
arzular aşıb-daşır
arzular aşıb-daşır
arzular aşıb-daşır
letras aleatórias
- street autonomy › letra de uliczna autonomia - street autonomy
- g slimm › letra de ain't nobody gafflin' me - g-slimm
- newspring worship › letra de victorious - newspring worship
- lucky criminal › letra de special in an empty room - lucky criminal
- tintag › letra de mi mirada extraña - tíntag
- joolsyk › letra de timeless women - joolsyk
- haley mccallum › letra de arms of harm - haley mccallum
- davide van de sfroos › letra de la machina del ziu toni - davide van de sfroos
- cosmic girl › letra de lie ya - cosmic girl
- choo jackson › letra de outie - choo jackson