letra de canavar qız - başa bəla
canavar qız lyrics
[bənd 1]
canavar yuvada, canavar balalar
canavar yuxuda, canavar uymalar
onların meşədə həyatdır ansız
tək qalıb şəhərdə canavar qız
oğlanları sevmir, onları cırır, dağıdır
gecələr sükutda küçələrə çıxır
qaç, ay camaat, qaç, ay insanlar
gecə 12-dən sonra bağlı olsun qapılar
[nəqərat]
amma dünyada təkdir o
dostluq, sevgidə təkdir o
heç kimsiz, amansız
[bənd 2]
ovçular meşədə onu öldürmək istəyirlər
gümüşdən güllələr tək onun üçün düzəldirlər
qaranlıq şəhərdə məşəllə axtarırlar
özləri özünü qorxudan ancaq tapırlar
özünü həyatdan qurtara bilmir
gündüzlər günəşə baxa bilmir
danışmaq istəsə, danışa bilmir
yaylarda, istidə ürəyi qızmır
kim onu görər, yerində qalacaq hey!
kim ona dəyər, daşa dönəcək hey!
kim onu öpər, eşqə düşəcək hey!
ancaq cavabsız qalacaq bədbəxt bəy
arada qalıb, nə heyvan, nə adamdır
arada qalıb, nə mələk, nə şeytandır
arada qalıb, nə qoca, nə cavandır
canavar qızdır, bu qız canavardır
[nəqərat]
amma ağlayır özündə
ürək partlayır sinəsində
atasız, anasız canavar qız
amma dünyada təkdir o
dostluq, sevgidə təkdir o
heç kimsiz canavar qız
letras aleatórias
- tarquin alexandra › letra de midnight, take the wheel - tarquin alexandra
- phoxjaw › letra de lottery - phoxjaw
- mar90s › letra de 2high2remember [part 1] - mar90s
- svartepetter › letra de jeg får juling - svartepetter
- mago de oz › letra de el hombre de la mirada triste - mägo de oz
- 1k phew › letra de moonwalk - 1k phew
- the turbos › letra de fever - the turbos
- sara groves › letra de winter wonderland - sara groves
- michale graves › letra de the best of me (romania demo) - michale graves
- manic street preachers › letra de empty motorcade - manic street preachers