letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mənsiz qocalma - badclause music

Loading...

[nəqərat]
әtrin külәk ola, hәr darıxanda mәn otaqdan әssin
o mәndәn әlini üzüb, sevmir, hәtta qucaqlar әlsiz
baxanda gözlәrimә danışar utancaq, hәzin
yastıq eyni olsun, ayrı evdә qocalma mәnsiz

gəlib də açarsanmı üstümü? qoy, yox olmayım
soyuq gecədə yorğan əvəzi dərdə bürünsəm
sən barədə sevgiyə möhtac gözlər tox olmayıb
bunu yazaram ağlayaraq, sənsə gülümsə

bir gün rəfdə görünsən, yazılmayan kitablar arasında
açıb oxuyaram hər səhifəni, özümü axtararaq
sən bir şeirdə başqasıyla təsvirə dönsən
mən yenə çox sevərəm, “darıxıb” deyə özümü aldadaraq

yeddi aydır yoxsan üç gün, ya da beş gün deyil
dedim – “getmə, düzgün deyil”, “sən də məni çox üzdün” deyir
yazıram, şeirimә daha çox həsrətdən üstün meyil
sәnsiz ölmәk olar, amma yaşamaq mümkün deyil

de hansı döngәdә öldük biz, hansı dost ayırdı?
de hansı küçәdәki xatirәlәrimiz yox sayıldı?
de hansı mәtndә sәni ucaltmadım, nә vaxt başıma tac olmadın?
hansı yuxunu axtarıb tapammadın ki, gec ayıldın
hansı bәndә cәnnәti sığdırar bircә qәlbә?
hansı bәndә aşiq olmamışdın ilk sәfәrdә?
sәhnәdә rәqs edir ümidlәr, hәyata bağlı pәrdә
sәni unutmaram, unuda bilsәm dә, bilmәsәm dә

adәt – qәm-qüssә mәndә, üzüm gülmür axır vaxtlar
axı sәn düzün bilirdin, bәs de nә tәhər sәhv etdin?
ruhunu bütöv elә başqasıyla, mәni yarım saxla
bәlkә dә yol qarışdı, hәmişәki kimi sәhvәn getdin

dedim. amma hәrçәnd qadınım sevirdi tәk qalmağımı
incidir sonra uzaqlaşır, çün görüb әsәbi halımı
sözüylә yaralayar bilәrәkdәn, amma kәsmәz qanımı
sevgidә özün itirir, xәyanәtdә sәrhәd tanımır

letras aleatórias

MAIS ACESSADOS

Loading...