letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de kim bilir? - badclause music

Loading...

[bənd] [badclause]
solumda matәm var, sağ tuturam sağ yanımı
bu sevgi qurma idi, yox tanrıdan asılılığı
sәn idin isti gecәdә soyuq tәrәfi yastığımın
hәzin qucaqlayardı dodaqların saqqalımı

xoşbәxtliyi yaza bilmәdim heç vaxt
çünki, o qәdәr cәsarәti tapa bilmәmişdim özümdә
incimisәn mәndәn, bunu rәfiqәn dedi
bax o an könlümdәn sәbәbsiz ayrıldı üzrlәr

ertәsindәn günәş çıxan hәr gecәnin dünәnindә ayrıldıq biz
sәni düşünmәmәk olmur, ruhuma sancı dolur
sәnsizliklә görüşә bilәrәkdәn gәlmәmişdim
ardınca qaçmaqdan ayaqlarım palçıq olub

sәnә mәn hisslәrimi xәrclәmişdim
ayrılığa üzülmüşdün, bahalı kafedә yox
küçәdә olduğu üçün
bağışla, ad gününә gәlmәmişdim
gözündә şair deyilәm, şeirlәrim ucuz olduğu üçün

sanırdın ki, sәnsiz yaxşıyam mәn
gözәlliyindәn yazıb sәni görә bilmәmәk var
gecәlәr ulduza döndün sәmayla qucaqlaşıb
göy üzünә baxdığımda sәni orda görmәmәk var
ay işığın üzümә sәrsә, cisim yatar, kölgәm ayılar
sәnli günlәri axtarıb әli boş döndüm aydan
gәlişini çox istәrәm, amma ki, o günü gözlәmәk var
sırf sevirәm deyә hәr şeyә susub da söymәmәk var

sevgidә tarix yazdıq
birinci görüş gününü unutmağını gözlәmirdim
şeirlәr üzrxahdır
heç bir xәyanәt olmadan bu eşq gözdәn itdi

bu evin tәnhalığını bir tәk sәnә borcluyam
yaddaşımın dörd bir küncündә gәzir kölgәn
ötәn xatirәlәr yazılarımdır
danışım sәnsizliyi, sәnsә başını çiynimә söykә

qaçırdım illәrlә, bir addımlıq yolda yoruldum
sәndәn çәkinmәdim, bircә özümdәn utanmışam
otuz beş aydır yazıram, öz hәqiqәtimdә boğuldum
ruhum cisimdәn ayrıldı, özümә qonaqmışam

ehtiyac yox alqışa, hәyatım sәhnә deyilmiş
otaq söndü, qaraldı şam
sırf sәni güldürmәk üçün şair olardı uşaq
masada qәhvә tәk qalanda inandım ki, qocalmışam mәn

әsrlәrdir yaşayıram mәn, on doqquz il öncә
sadәcә yenidәn gәldim dünyaya
bәdәnimi ayaqlarım, şeiriyyatımı daşıyır әllәr
biz biz ikәn varlıq içrә, son bir ildә tәrki-dünyayam
ayılıb röyadan, vәrәqlәrimi yığışdırdım
divanın bir küncündә bәdәnim sarsılıb tәmiz
başqa otaqlarda tapmadım sәni
qırılıb çәrçivәlәr, gözlәrindә boşdur dәhliz

elә bil xoşdur sәnsiz, on dörd bәnd yazdım
on dörd bәnd azdır, o ağlı nasazdır
bәlkә dә tәrkedişi onun ağlına mәn yazdım
gözümdәn itmәsәydi, bu olanlar olmazdı

olaydı 2014-ün dekabrı
o vaxt köhnә şәhәrә yeni xatirәlәr yazdıq
şeirlәrimi eşidәn deyir – “ölür yazıq”
mәn sәnin adını başlıq edib özümә bir ömür yazdım

[nəqərat] [rza]
sәn olmasan bilmәrәm neylәrәm sәnsiz, gülüm
belә olmaz, quruyar dodağım, söz tutmaz dilim
bir vaxt әlini üzümә çәkәrsәn, әgәr qalsam diri
bu gün, ya sabah ölәrәm kim bilir, kim bilir? (kim bilir)

letras aleatórias

MAIS ACESSADOS

Loading...