letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de günbatımı - badclause music

Loading...

[bənd 1]
mәn o qәdәr gözәl yazdım, özünü tapdın hәr bir sәtirdә
guya ki, xoşbәxt idik – yazılır sәmimi mәtnlәr
ən gözәl yalanları bәzәmişdin sәmimiyyәtinlә
necә unutmusansa, sәnin qoxun gәlmir әtirdәn

ömrümü apardı illәr, qalmadı gözlәrindә qәm
nә qәdәr incisәm dә qapım açıqdır, gәlmәk istәsәn
qәlbimi qırdın, xәtrimi yerlә bir elәdin
yәqin, gözәl gözlәrin üzümü dә görmәk istәmәz

sәni düşünәndә hallı oluram, mәni ayıq axtar
dedin ki, “sonra danışaq” – keçibdir 4 ay o vaxtdan
sәnsiz sıxır hәyat, uzaqdayam paytaxtdan
demәli, hәlә dә sevirәm, sәni silmәdimsә kontaktdan

sәn sarı yarpaqlara әmanәt elәdin hisslәri
mәn payızı sevәn qaranquştәk hәsrәtәm sәnә
biz hәrşeyi bir qırağa atıb dәrdi gizlәdik
siz xoşbәxt olun elә vә o sәnә mahnı bәstәlәr

[nəqərat]
bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında
sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk
şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını
izlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk

bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında
sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk
şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını
izlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk

[bənd 2]
bir yuxu gördüm, gördüm mәnimlәsәn
hәyatım taxta üstә, qoşa gәlmәdi әlimdә zәr
hәr dәfәsindә adını yazanda mәnim әlim әsәr
sevgiyә canını verәn adam ruhәn әlil gәzәr

yoxluğun әsdirmir dodaqlarımı, çox hәzindir
sәni bir dәfә qucaqladım, qoxun ömürlük әlimә sindi
dedim ki, bir dәfә unutmuşdusa daha sevmәz indi
gedişin 4 ay oldu, әlimdә illәr әzildi

bilirdin ki, şeir elәmәk sәnçün mәnim әlimdә heç nә idi
bir vaxtı arzumuz var idi – “gәlin-bәy” istәkdir
sonuncu görüşdәn sonra öldüm, kәfәn dәyişib әyni
“mәn sәni sevirәm”lәri başa düşdüm. “gedirәm” nәydi?!

arada qonaq gәlirsәn hәyatıma, cәnnәti görürәm
ertәsi gündәn çox qorxuram ki, uzaq olasan
şәrabla dönürdü dünya, aparır hәsrәtin ölümә
qürurumu yerlә bir etmişdim ki, sәn uca olasan

[nəqərat]
bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında
sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk
şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını
izlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk

bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında
sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk
şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını
izlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk

letras aleatórias

MAIS ACESSADOS

Loading...