letra de ekstaz - badclause music
[bənd]
adətən kimisə sevəndə çox sevirik olub təslimi
bəzən doğmalar çıxır gedir və yolun kəsmirik
bir gün xoşbəxtik qalan günlər onun tərsidir
və hər şey yoluna düşdüyü anda keçir otun təsiri
xoş günə gedən qayıqda azdırır külək yolumu
ayrılsaq da mən də gülürəm, güldüyünü biləndə onun
dolduqca bakal, dolur gözlərim, amma ürək dolmur
və bəzən tək ağlamaq kimləsə gülməkdən zordur
hmm… yadlaşıram şeirlərimlə
hər gün daha da ümidsiz və keçir heyiflə illər
səmimiyyət uzaqlaşır, addım addımın ardıyca
soyuq gecələr isə daha xoş isti səhərlərindən
bir badə şübhə yox, eşqlə tam dolmalıdır
hər şey yaxşı olacaq-la olmur, icraat olmalıdır
başa saldım ki, həmişə düzü deyib, üzü ağ olmalıdır
insan hər yalanı yeməməlidir, damaqda dad olmalıdır
atamla bir qocalırdım, yaşım hələ gənc ola-ola
yaşamaq istəmirdim, yalnızlığıma qərq ola-ola
deyirdi zirvəyə can atma, yamaclarında dolan
sən insanlığını qoru əsas, sonrasına nə olar-olar
… yazar qələm, kəlmə tükənməz
aynalar pərişan, əksim ilə hər görüşəndə
mən yenə məndən uzaq, qəliz, bircə sənlə mükəmməl
nədənsə hələ də can yanır, sətirdən sətirə düşəndə
ya bitib artıq həyat, ya insanlıq başlamayıb hələ
buralar cəhənnəmdi, xoş günlər qanlı səhifədə
birinə gülüş bəxş eliyən tale, başqa birinə qəm
verdikcə, hüznlü olacaq həyat şeirlər qədər
letras aleatórias
- the amity affliction › letra de forever - the amity affliction
- troy the lil boy › letra de again [prod. pxcket] - troy the lil boy
- mayra › letra de looking for you - mayra
- maggie miles › letra de split - maggie miles
- gianni bella › letra de sicilia amante mia - gianni bella
- maty v › letra de paper cut - maty v
- vanessa amorosi › letra de gimme your love - vanessa amorosi
- calah mikal › letra de an ocean - calah mikal
- one step closer › letra de lead to gray - one step closer
- aidanco › letra de v - aidan&co.