letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ata yurdu - badclause music

Loading...

[bənd 1] [badclause]
var donan qəhər yanaqda ki, başqa ifadəsi yoxdur
illərdir xarı-bülbül pərişan, dürdanəsi yoxdur
iti iti qovan kimi qovarlar, istiarəsi yoxdur
ya qarabağ, ya ölüm var, başqa bir çarəsi yoxdur!

var elə igidlərimiz ki, onları görən qoşunlar dönür
bayrağı sancan əsgərin sevincdən işıldar gözü
qayıdır qanlar, qayıdır cismin aldığınız canlar
tarix geri qayıdır – xankəndinin işıqları sönür

içimdə qartıyıb harayım
elə bir həsrət ki, bu çətin tutar sarğılar yaramı
nadanlıq edirlər bağlayıb qapısın sarayın
say görüm neçə düşmən meyidi ovudar ağlayan ananı!?

sərəncamlar əleyhimizə minir qüvvəyə
öldürə bilmir ruhun döyüşə hazır cavanların
insanda vətən sevgisi baxmadıqca ali rütbəyə
yəqin ki, qarşısın almaq mümkündür bu cür halların

əlimdə bayraq, şüarım, əhd-ilqarım – qarabağ
sənin hər qarışına qurban gözüm, canım, qarabağ
min cahu-cəlalla qayıdır övladların qarabağ
sən mənim iftixarım, şərəfim, şanım qarabağ!
(hicranım qarabağ…)
[nəqərat] [promete]
qara buludlara bürünəcək şəhər
bombalar yağacaq yenə
qaçacaq yağılar meşəyə
neçə yanar ürək qayıdacaq evinə

qara buludlara bürünəcək şəhər
yağacaq bombalar yenə
qaçacaq yağılar meşəyə
neçə yanar ürək qayıdacaq evinə

[bənd 2] [badclause]
92 duymadı şəhid harayını
həmin o karlardır ki, dəstəkləyir terrorizmi
nəticəsi olmadı aak-ın vi qurultayının
avropa birliyi hələ də qaneedici detal istəyir

illərlə qanlar axdı, illərlə vətən sağ oldu
neçə övlad ətri qarışdı səngərdə barıt qoxusuna…
illərlə göz yumduğumuz dərdlər dönüb dağ oldu
və o dağ şəhid xəbəri çatdırır kasıbın qapısına

bizə “qorxaq” dedilər, biz həmişə ön cəbhələrdə
göz ardı edildik onlarca bəyannamələrdə
adımızı görsək də keçmişdə qanlı səhifələrdə
vuruşduq, əl çəkmədik, əsgər buraxmadı silahın əldən
çingizin yoluyla gedirik haqlı və düz yoldayıq
o qədər susmuşuq, bu təmkinliyimizin son halıdır
bütün cəsarətimizlə 27 il sonra murovdayıq
qarabağ tək ünvanımız! bizimdir, bizim olmalıdır!

[nəqərat] [promete]
qara buludlara bürünəcək şəhər
bombalar yağacaq yenə
qaçacaq yağılar meşəyə
neçə yanar ürək qayıdacaq evinə

qara buludlara bürünəcək şəhər
yağacaq bombalar yenə
qaçacaq yağılar meşəyə
neçə yanar ürək qayıdacaq evinə

[keçid] [badclause]
yanımda qapı-qonşum, gizlənmişik ağacın dibində
şaxtalı hava, ayaqyalın, yazığın əri də xəstədir
soyuq nəzər asılı durub nurani kişinin üzündən
faciə, ah-nalələr, dinməz güllə səsləri…

buraları tanımıram, bilirəm ki, xeyli uzaqdır evdən
ərimdən xəbərsizəm, qızımı da onlar apardılar…
yazıram son ümidimlə, bu məktubumu oxusanız əgər
bilin ki, qaçmamışıq, bizi zorla çıxardılar…
[nəqərat] [promete]
qara buludlara bürünəcək şəhər
bombalar yağacaq yenə
qaçacaq yağılar meşəyə
neçə yanar ürək qayıdacaq evinə

qara buludlara bürünəcək şəhər
yağacaq bombalar yenə
qaçacaq yağılar meşəyə
neçə yanar ürək qayıdacaq evinə

letras aleatórias

MAIS ACESSADOS

Loading...