letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de musiqi - aysberq

Loading...

musiqi axır biz tərəfə, hər şeyi yozursan pis tərəfə
son iki il oldu pis ərəfə amma et bu dəfə, yol vermə səhvə
silərik bilə-bilə silənləri, gəldiyini deyib gedənləri
bax iki qarpız bir əldədi, çoxu sevər dedi, dərd sevəndədi

çox bilən nədi? çox paxıl əsas, alar qisas, toya qurar bir yas
istək qol ona görə pas az, həkimə getdi və oldu nasaz
fikir dayaz, qış bitdi nədənsə gəlmədi yaz, dayan bir az
pul gəlir az, taleh də daz, həyat elə çırpır sanki palaz

sözsüz olmaz, repə söz lazım, quyumu özümə mən qazım
baxışlarında tək azım, səni vəsf edim gözəl şer yazım
yollar çoxdur, yollar qarışır, ulduz düşür qəlblər barışır
hislər yarışır birdən birə, tutsan məni sən dəyməm yerə

bir zərrə ümid verə, ümidlə yaşa, amma girməz başa
sevgi baxmaz yaşa, ayağ dəyəndə daşa, birdən ağıll gəlir başa, qayıtdıq başa
yaşadıq gördük, bəzən yandıq bəzən söndük, yalanı gömdük
başımıza döydük, olduq peşman, belədir insan, öyrətdi zaman

bizdə olanlar bizə qalsın, yalançı möhtac düzə qalsın
sevgini dollara yüzə alsın, əsas etmədən əvvəl gözə alsın
bayağı mahnıya əsər deyirdi, köləliyi kəsən deyildi
küləy güclüyə əsən deyildi, hamı bezdirdi bezən biriydi

fikirlər birdən gələr ağla, həyat qara sən yaşa ağla
özün yıxılmasan əgər ağla, varsa üstüaçıq sözü bağla
repimin hər yana səsi gələr, deməsə də içdə hər kəsi bilər
özü bilməsə dərsi keçər, dəyər tərzi heçə, qalsa tərsi keçər

letras aleatórias

MAIS ACESSADOS

Loading...