letra de insaf elə - aygün bayramova
[bənd 1]
sən gözəl bir sonasan, maral baxışı canlar alar
ayqabaq, lalə yanaq, sevgilisin dərdə salan
gözəlim, naz eləmə, insaf elə, ağrın alım
bu cavan aşiqini hicr oduna salma gözəl
[keçid]
sənə mən qurban olum, ay qaraqaş, ay qaratel
məni min dərdə salan özgələrə bağlama bel
[nəqərat]
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar
qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar
səbri-qərar, səbri-qərar, nazlı balam, nazlı yarım, insaf elə
[bənd 2]
baxışın canlar alan, gül yanağın aya dəyər
yar, sənin bircə sözün bütün bu dünyaya dəyər
gözlərim gördü onu, sevdi onu, yandı könül
məni məftun eləyib zülfünə bağlandı könül
[keçid]
sənə mən qurban olum, ay qara qaş, ay qara tel
məni min dərdə salan, özgələrə bağlama bel
[nəqərat]
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar
qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar
səbri-qərar, səbri-qərar, nazlı balam, nazlı yarım, insaf elə
[bənd 3]
baxışın canlar alan, kirpiklərin oxdur sənin
həsrətindən ölürəm, yar, xəbərin yoxdur sənin
can deyib, can eşidək, könlü cavan, qəlbi təmiz
belə xoş günlər içində yaşayaq gül kimi biz
[keçid]
sənə mən qurban olum, ay qara qaş, ay qara tel
məni min dərdə salan, özgələrə bağlama bel
[bənd 4]
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
[keçid]
bir vətən mülkünə bax, gör nə gülüstanım var
nərgizim, yasəmənim, sünbülü, reyhanım var
qədəmi düşmən qoysa vətən torpağına
onu məhv eyləməyə lazım imkan
məni şəm yandıra bilməz oda pərvanə kimi
yurdum odlar vətəni, çün azərbaycanım var
[nəqərat]
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar
qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar
səbri-qərar, səbri-qərar, nazlı balam, nazlı yarım, insaf elə
letras aleatórias
- scum usa › letra de for the fuck of it - scum (usa)
- tim bowness peter chilvers › letra de winter with you - tim bowness / peter chilvers
- bellaa tee › letra de addicted - bellaa tee
- entrenchment › letra de dust to dust - entrenchment
- catherine blight › letra de take me down - catherine blight
- irminsul › letra de vinterskald - irminsul
- monolith a man › letra de crashing down - monolith, a man
- mav d › letra de в огне (in fire) - mav d
- vhese › letra de ni júbilo ni gloria - vhese
- stereopony › letra de おしゃれ番長2011 (oshare banchou 2011) - stereopony