letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de vətən işğalı - aydın xırdalanlı

Loading...

[nəqərat]
əvvəl-əvvəl vətən işğalına imkan veririk
sonra sakitliyə atəşkəsə fərman veririk

[bənd 1]
bizə peyğəmbərimiz söylədi qeyrətli olun
qoruyun torpağı sərvətdə səxavətli olun
kişilər, səhv salırıq biz bunu diqqətli olun
sərvəti qoruyuruq, torpağı qurban veririk

[nəqərat]
əvvəl-əvvəl vətən işğalına imkan veririk
sonra sakitliyə atəşkəsə fərman veririk

[bənd 2]
çalmaz heç cür qələbə xalqı süqut etməginən
“bizlərindir qarabağ” dildə sübut etməginən
torpaq işğal olunubdursa sükut etməginən
gələcək nəsilə şikəst azərbaycan veririk

[nəqərat]
əvvəl-əvvəl vətən işğalına imkan veririk
sonra sakitliyə atəşkəsə fərman veririk

[bənd 3]
ey, bizim xain əliylə satılan torpağımız
vətən övladı tərəfdən atılan torpağımız
min xəyanət oxu ilə çatılan torpağımız
biz sənin haqqını əldən necə asan veririk?
[nəqərat]
əvvəl-əvvəl vətən işğalına imkan veririk
sonra sakitliyə atəşkəsə fərman veririk

[bənd 4]
laçın, ağdam, şuşa işğal olunubdur beləcə
mavi ekranda xəbərlərdə də baxdım o gecə
sabah olacaq şuşada istilik on beş dərəcə
arsız-arsız havası haqda da elan veririk

[nəqərat]
əvvəl-əvvəl vətən işğalına imkan veririk
sonra sakitliyə atəşkəsə fərman veririk

[bənd 5]
insanın əvvəli torpaq, sonu torpaqdı fəqət
gövhəri nuru olarsa, donu torpaqdı fəqət
sonda ağuşa alan da onu torpaqdı fəqət
yaranıb torpağın üstündə həmi can veririk

[nəqərat]
əvvəl-əvvəl vətən işğalına imkan veririk
sonra sakitliyə atəşkəsə fərman veririk

letras aleatórias

MAIS ACESSADOS

Loading...